İstanbulun Zeytinburnunda saxta spirtli içki əməliyyatı zamanı 2 şübhəli saxlanılıb. Əməliyyat zamanı çoxlu sayda saxta içki ələ keçirilib.
Avropa.info xəbər verir ki, İstanbul Polis İdarəsi qrupları saxta spirtli içkilərlə mübarizə çərçivəsində dünən Yeşiltepe Məhəlləsindəki anbarda əməliyyat keçirib.
Əməliyyat zamanı şübhəlilər GY və H.Ö. tutuldu. Həmin ünvanda aparılan axtarış zamanı 155 butulka saxta spirtli içki və 190 litr etil spirti götürülüb.
Saxlanılan şübhəlilərin polis tərəfindən istintaqı davam etdirilir.
Avropa.info