Qəzza ilə bağlı mübahisəli açıqlamalarına görə tənqid olunan ABŞ prezidenti Donald Tramp indi də qanlı İsrailin Qəzzanı ABŞ-a təslim edəcəyini bəyan edib.
Avropa.info TRT Habere istinadən xəbər verir ki, Soyqırım törədən İsrailə verdiyi dəstək və Qəzza zolağı ilə bağlı açıqlamalarına görə tənqid edilən ABŞ prezidenti Tramp növbəti dəfə qalmaqallı açıqlama verib.
ABŞ prezidenti bildirib ki, onun planına əsasən, İsrail müharibədən sonra Qəzza zolağını ABŞ-a verəcək.
ABŞ-ın Qəzzada tikinti aparmaq üçün dünyanın müxtəlif ölkələrindən olan komandalarla işləyəcəyini deyən Tramp, fələstinliləri Qəzzadan “daha təhlükəsiz” yerlərə köçürmək planını da təkrarlayıb.