Bloomberg Fon Der Leyen və Zelenski arasında gərgin görüşdən xəbər tutub
Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Vladimir Zelenski arasında Nyu-Yorkda keçirilən görüş Kiyevin maliyyələşdirilməsi məsələsində fikir ayrılığı səbəbindən gərgin keçib.
Avropa.info xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Nəşrin məlumatına görə, Aİ nümayəndələri Ukraynadan kölgə iqtisadiyyatının azaldılmasına, vergi daxilolmalarının artırılmasına və milli qanunvericiliyin Aİ standartlarına yaxınlaşdırılmasına yönəlmiş qanunların qəbulunu sürətləndirməyi tələb ediblər.
Görüşdən sonra fon der Leyen X sosial şəbəkəsində Aİ-nin Ukraynaya əlavə müdafiə dəstəyi verəcəyini yazıb. Eyni zamanda, büdcənin gələcək maliyyələşdirilməsi, onun sözlərinə görə, Ali Radada islahatların gedişindən asılı olacaq.
Bundan əvvəl də Zelenskinin ABŞ prezidenti Donald Trampla görüşü barədə məlumat yayıb. Onlar Ukrayna ərazisində “Patriot” raketlərinin istehsalı imkanlarını müzakirə ediblər. Lakin Kiyev lideri yenə də silah təchizatı ilə bağlı suala konkret cavab ala bilməyib.






























