Yunanıstanın 106 fərqli yerində Fələstinə azadlıq mitinqləri keçirilib. Adalardan tutmuş şəhər meydanlarına qədər hər yerdə Fələstin bayraqları dalğalanırdı.İsrailin törətdiyi soyqırıma etiraz edilib.
Avropa.info xəbər verir ki, Paytaxt Afina da ən böyük mitinqlərdən birinə ev sahibliyi edib.
Yunanıstanda 106 fərqli nöqtədə nümayişlər keçirilib, “Fələstinə azadlıq” şüarları səsləndirilib, qatil İsrailin törətdiyi soyqırım etiraz edilib. Yunanıstanın kəndləri, adaları və şəhər meydanları hərəkət meydanına çevrildi.
Yunanıstanın paytaxtı Afinada da Fələstinə dəstək nümayişləri keçirilib. Aksiya iştirakçıları Yunanıstan hökumətinin İsrailə dəstək verərək bu soyqırımda şərik olduğu şüarları səsləndiriblər.
Afinada keçirilən etiraz aksiyası zamanı Monastiraki meydanına toplaşan minlərlə insan daha sonra şüarların müşayiəti ilə Sintaqma meydanına doğru yürüş edib.
Yunanıstanın bir çox adalarında Fələstinə azadlıq mitinqləri keçirilib. Yunanıstan hökumətinin Fələstin tərəfdarı siyasətinə etiraz edilib.
Digər tərəfdən İsrail Yunanıstandakı israillilərdən Fələstin tərəfdarı etirazlara görə gizlənmələrini istəyib. İsrail Xarici İşlər Nazirliyi Yunanıstandakı israillilərə xəbərdarlıq edib ki, öz profillərini aşağı tutsunlar və kimliklərini ifşa edəcək hallardan çəkinsinlər.





























