29 - 08 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Manşet

XİN 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı bəyanat yayıb

Yanvar 19, 2025
Manşet
A A

“35 il bundan öncə yanvarın 19-dan 20-sinə keçən gecə Azərbaycan xalqının milli azadlıq hərəkatının yatırılması məqsədilə, keçmiş SSRİ tərəfindən dinc əhaliyə qarşı törədilən qanlı qətliamın ildönümü hər il ölkəmizdə 20 Yanvar – Ümumxalq Hüzn Günü kimi qeyd olunur. Müasir tariximizin dərin kədər, eyni zamanda, böyük qürur tarixi olan 20 Yanvar – Ümumxalq Hüzn Günündə ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizi dərin minnətdarlıqla yad edirik”.

Avropa .info xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı yaydığı Bəyanatında deyilir.

Bildirilib ki, ötən əsrin 80-ci illərində Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının davam etdirilməsini, habelə azərbaycanlıların indiki Ermənistan ərazilərindəki tarixi yurdlarından kütləvi deportasiyasını əsaslandırmaq naminə “Sumqayıt hadisələri” kimi qondarma təxribatların hazırlanıb törədildiyi bir dövrdə keçmiş sovet hakimiyyətinin ölkəmizə və xalqımıza qarşı ayrıseçkilik siyasəti Azərbaycan xalqının milli azadlıq hərəkatının yüksəlişinə gətirib çıxardı.

“Azərbaycanın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə aparan xalq hərəkatını boğmaq məqsədilə, 1990-cı ilin yanvarın 19-dan 20-sinə keçən gecə sovet ordusunun bölmələri, xüsusi təyinatlılar, habelə daxili qoşunların kontingenti tərəfindən Bakı, Sumqayıt, Lənkəran və Neftçalada mülki əhaliyə qarşı amansız qətliam törədildi. Bütün beynəlxalq hüquq normalarına zidd şəkildə günahsız insanlara, o cümlədən uşaqlara, qadınlara və qocalara qarşı törədilən, ötən əsrin ən ağır insanlıq əleyhinə cinayətlərindən biri olan 20 yanvar hərbi təcavüzü nəticəsində 150 mülki şəxs qətlə yetirildi, 744 nəfər ağır yaralandı, 4 nəfər itkin düşdü. Dövrün mürəkkəbliyinə, keçmiş sovet hakimiyyətinin 20 yanvar həqiqətlərinin yayılmasının qarşısını almaq istiqamətində gördüyü tədbirlərə baxmayaraq, törədilmiş amansız qətliamın dərhal, faciədən bir gün sonra beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqilliyimizin bərpasından və ümummilli liderin ölkəmizdə yenidən hakimiyyətə qayıtmasından sonra xalqımıza qarşı törədilən bir sıra cinayətlər, o cümlədən 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi təmin edildi və bununla bağlı 1994-cü ilin martında Milli Məclis tərəfindən “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul olundu. 20 yanvar faciəsinin Azərbaycan xalqının milli müqavimətini süquta uğratmaq məqsədilə planlaşdırılıb icra olunmasına baxmayaraq, bu qanlı qətliam xalqımızın müstəqillik, həmrəylik və milli azadlıq hərəkatının tarixində dönüş nöqtəsi olmaqla yanaşı, SSRİ-nin uzun müddətdir gecikdirilməyə çalışılan labüd süqutunun başlanğıcını qoydu. Xalqımızın ən çətin günlərdən və tarixin ən mürəkkəb sınaqlarından çıxan birliyi və iradəsi, Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzün təmini ilə nəticələnən parlaq zəfərinin, habelə 19-20 sentyabr 2023-cü ildə suverenliyimizin tam bərpasına gətirib çıxaran antiterror əməliyyatları ilə işğal və münaqişəyə son qoyulmasının əsasını təşkil etdi. Müstəqillik tariximizə dərin iz salan 20 Yanvar faciəsinin 35-ci ildönümündə dövlətimiz və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizi qürurla yad edir, bu yolda sağlamlığını itirən vətəndaşlarımıza cansağlığı arzu edirik! Yaşasın Azərbaycan!”, – deyə Bəyanatda vurğulanıb.

Əvvəlki Yazı

20 Yanvar faciəsinə həsr olunmuş “Əbədiyaşarlar” adlı sərgi keçirilib – FOTO

Növbəti Yazı

“Prezident Zelenski hesab edir ki, hər kəs onun xidmətçisi olmalıdır”-Robert Fiko

XƏBƏR LENTİ

Qaradağ ərazisində dənizdə 2 qadın batib

65 yaşlı kişi kanala düsərək faciəvi şəkildə öldü

29 Avqust 2026 / 7:55
3
Zaxarova:”Almaniya Üçüncü Reyxdən nümunə götürərək rusofobiyanın yuvasına çevrilib”

Zaxarova:”Qarabağ ermənilərinin, onların əcdadlarının və uşaqlarının üzərinə bu həyasızlıqdır”.

29 Avqust 2026 / 0:50
13
Prezident Pezeşkian: “ABŞ İslamabad konsensusunu həyata keçirərsə, Hörmüz boğazı açılacaq”

Prezident Pezeşkian: “ABŞ İslamabad konsensusunu həyata keçirərsə, Hörmüz boğazı açılacaq”

29 Avqust 2026 / 0:42
7
Zaxarova:”Kiyev və Qərb Rusiyada səfərbərlik barədə spekulyasiya edir”

Zaxarova:”Kiyev və Qərb Rusiyada səfərbərlik barədə spekulyasiya edir”

29 Avqust 2026 / 0:31
5
Tramp nəyin bahasına olursa-olsun tarixdə iz buraxmağa can atır: indi onun gözləri aya dikilib

Tramp nəyin bahasına olursa-olsun tarixdə iz buraxmağa can atır: indi onun gözləri aya dikilib

28 Avqust 2026 / 23:57
3
Güclü partlayışdan sonra Kiyev yaxınlığında güclü yanğın baş verib

Güclü partlayışdan sonra Kiyev yaxınlığında güclü yanğın baş verib

28 Avqust 2026 / 23:19
8
Şəmkirdə rayonunda 11 yaşlı qız əməliyyatdan sonra öldü

Şəmkirdə rayonunda 11 yaşlı qız əməliyyatdan sonra öldü

28 Avqust 2026 / 22:07
5
Medvedev: Moskva Qərbin bir dənə də olsun anti-Rusiya addımını unutmayacaq

Medvedev: Dünyada xaos SSRİ-nin dağılmasından sonra başlayıb

28 Avqust 2026 / 20:28
6
Gəncədə qadın bazarda oğlu tərəfindən öldürüldü

Gəncədə qadın bazarda oğlu tərəfindən öldürüldü

28 Avqust 2026 / 17:52
10
Konstantinov:”Əminəmki, hakimiyyət dəyişikliyi Ukraynanın anti-Rusiya kursunu dəyişməyəcək”

Konstantinov:”Əminəmki, hakimiyyət dəyişikliyi Ukraynanın anti-Rusiya kursunu dəyişməyəcək”

28 Avqust 2026 / 17:44
8
Zelenski Kiyev bölgəsinə edilən hücumlarda ölənlərin sayının 17-yə yüksəldiyini açıqlayıb

Ukraynada pərakəndə zəncir anbarlarının 90%-nin dağıdılması etiraf edilib

28 Avqust 2026 / 17:34
8
İsrail qəzetinin məlumatına görə, Suriya hücumları yeni gərginlik riski yaradır

Netanyahu:”Onlar həmçinin güclü tərəflərlə sülh bağlayırlar”

28 Avqust 2026 / 17:13
16
Londonda böyük yanğın söndürülür, Uembli stadionu təhlükə altındadır

Londonda böyük yanğın söndürülür, Uembli stadionu təhlükə altındadır

28 Avqust 2026 / 17:07
30
Dünyanın ən gənc taxta çıxan monarxı 34 yaşında vəfat edib

Dünyanın ən gənc taxta çıxan monarxı 34 yaşında vəfat edib

28 Avqust 2026 / 16:26
7
Masallıda əkin yerindən meyit tapıldı

Masallıda əkin yerindən meyit tapıldı

28 Avqust 2026 / 16:23
9
Əliməmməd Nuriyev:”Qəribəsi budur ki, biz sadəcə maraqlanmırıq, Hökm də veririk”

Əliməmməd Nuriyev:”Qəribəsi budur ki, biz sadəcə maraqlanmırıq, Hökm də veririk”

28 Avqust 2026 / 16:16
129
İran Xəzər dənizində gəmiyə hücumu terror aktı adlandırıb: Ukraynadan təzminat tələb olunur

Trampın açıqlamasından sonra İran bütün ölkələrə çağırış etdi

28 Avqust 2026 / 15:53
15
ABŞ siyasətçisi Tramp administrasiyasını İsrailə silah embarqosu qoymağa çağırıb

ABŞ siyasətçisi Tramp administrasiyasını İsrailə silah embarqosu qoymağa çağırıb

28 Avqust 2026 / 15:49
25
ÜST: Nepalda daşqın nəticəsində 6 tibb müəssisəsi zədələnib, 8 tibb işçisi itkin düşüb

ÜST: Nepalda daşqın nəticəsində 6 tibb müəssisəsi zədələnib, 8 tibb işçisi itkin düşüb

28 Avqust 2026 / 15:43
12
Nepalda daşqınlarda ölənlərin sayı 538-ə yüksəlib

Nepalda daşqınlarda ölənlərin sayı 538-ə yüksəlib

28 Avqust 2026 / 15:40
12
15 günlük turist vizası ilə girdiyi ölkədə 26 il yaşayan şəxs həbs edilib

15 günlük turist vizası ilə girdiyi ölkədə 26 il yaşayan şəxs həbs edilib

28 Avqust 2026 / 13:01
15
Əli Əsədov tapşırıq verdi

Əli Əsədov tapşırıq verdi

28 Avqust 2026 / 12:53
4
Bakıda iki nəfəri elektrik cərəyanı vuraraq öldürüb

Bakıda iki nəfəri elektrik cərəyanı vuraraq öldürüb

28 Avqust 2026 / 12:48
9
Vüqar Dadaşov:“İranda Sistem Dəyişərsə, Məkkə Sazişinə Qoşula Bilər”

Vüqar Dadaşov:“Qafqazda Dəyişən Geosiyasi Balans Moskvanın Təsirini İtirir”

28 Avqust 2026 / 12:40
72
Azərişıq” Zərdabın bir sıra kəndlərində yenidənqurma işləri aparir-Video

Azərişıq” Zərdabın bir sıra kəndlərində yenidənqurma işləri aparir-Video

28 Avqust 2026 / 10:47
10
DİN-dən çağırış:Bank kartlarına dair məxfi məlumatların əldə edilməsinə cəhd göstərilir

DİN-dən çağırış:Bank kartlarına dair məxfi məlumatların əldə edilməsinə cəhd göstərilir

28 Avqust 2026 / 10:43
0
Tokayev Qazaxıstan hökumətinin istefası haqqında fərman imzalayıb

Tokayev Qazaxıstan hökumətinin istefası haqqında fərman imzalayıb

28 Avqust 2026 / 10:36
21
“ABŞ-ın Avropadakı raket ehtiyatları kritik səviyyədən aşağı düşüb” iddiası

“ABŞ-ın Avropadakı raket ehtiyatları kritik səviyyədən aşağı düşüb” iddiası

28 Avqust 2026 / 10:28
7
Ölkəsində axtarılmayıb, Türkiyəyə gəlib.. Dünyaya “Türk qızıyam” dedi! 🇹🇷 Melissa Varqas əslində kimdir?

Ölkəsində axtarılmayıb, Türkiyəyə gəlib.. Dünyaya “Türk qızıyam” dedi! 🇹🇷 Melissa Varqas əslində kimdir?

28 Avqust 2026 / 10:15
15
ABŞ-ın kəşfiyyat təyyarəsi Fars körfəzi yaxınlığında təhlükə siqnalı göndərib

Göyərtəsində 99 sərnişin olan təyyarə Nijni Novqorod üzərində qəza siqnalı göndərib

28 Avqust 2026 / 10:09
1
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.