Nepalın Çin sərhədinə yaxın Rasuva bölgəsi və ətrafında baş verən seldə həyatını itirənlərin sayının 538-ə yüksəldiyi bildirilib.
Nepalın Çin sərhədinə yaxın bölgələrini təsir edən fəlakət səbəbilə sel sularına düşənlərin xilası üçün işlər davam edir.
Avropa.info-nun məlumatına görə, Nepal Milli Fəlakət Riskinin Azaldılması və İdarə Edilməsi Təşkilatından verilən açıqlamada seldə həyatını itirənlərin sayının 538-ə yüksəldiyi bildirilib.
Nepal rəsmiləri sel suları səbəbindən onlarla körpünün dağıldığını, yolların zədələndiyini, axtarış-xilasetmə işlərinə helikopterlərin göndərildiyini bildirib.
Xəbərdə həmçinin sel sularının cansız cəsədləri sürüklədiyi və axtarış-xilasetmə işlərinin təkcə Rasuvada deyil, Nuvakot, Dhading, Gorkha, Tanahun, Çitvan və Navalparasidə də cəmləşdiyi bildirilib.
Bu səbəbdən də müxtəlif bölgələrdə morqların boşalmağa başladığı və müvəqqəti obyektlərin yaradıldığı qeyd edilib.
Associated Press (AP) agentliyinə danışan rəsmilər, xaricilər də daxil olmaqla, 1300-dən çox insanın itkin düşdüyünü açıqlayıb.
Nepalda baş verən daşqın səbəbindən Çinin Tibet Muxtar Bölgəsində ölənlərin sayının 5-ə yüksəldiyi bildirilib.
Mütəxəssislər buzlaqların çökməsinə işarə edir
Bölgədə ilk zəlzələnin daşqından əvvəl baş verdiyini açıqlayan ABŞ Geoloji Xidməti məlumatlarını yeniləyərək 5,2 bal gücündə seysmik hərəkətin mənbəyinin buzlaqların çökməsi olduğunu açıqlayıb.
Katmanduda yerləşən Beynəlxalq Dağ İnkişaf Mərkəzinin mütəxəssisləri də daşqının bölgədəki dağlıq ərazidən qoparaq buzlaq parçaları ilə baş verən uçqun nəticəsində baş verdiyini bildiriblər.






























