28 - 08 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Ölkə

Əli Əsədov tapşırıq verdi

Avqust 28, 2026
Ölkə
A A

Baş nazir Əli Əsədov Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi ilə bağlı bir sıra qurumlara tapşırıqlar verib.

Avropa.info xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 avqust tarixli 1182 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə sərəncamında əksini tapıb.

Sərəncama əsasən, Dövlət Turizm Agentliyi:

– Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun təkmilləşdirilməsi barədə təkliflərini 2026-cı il dekabrın 20-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
– Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, turizm fəaliyyəti ilə bağlı layihələrə investisiya təşviqi sənədinin verilməsi və turizm fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla investisiya təşviqi sənədinin verilməsi mexanizminin təkmilləşdirilməsi barədə təkliflərini 2026-cı il oktyabrın 20-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

– Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 avqust tarixli 1182 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın (bundan sonra – Dövlət Proqramı) 8.8.2-ci yarımbəndində nəzərdə tutulmuş turizm sahəsində çevik və əhatəli təşviq çərçivəsinin yaradılmasına dair təkliflərini 2026-cı il oktyabrın 20-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi, Dövlət Turizm Agentliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Dövlət Proqramında nəzərdə tutulmuş turizm və rekreasiya zonalarının ərazisində mehmanxanalarda (hotellərdə) və digər yerləşmə vasitələrində xidmət göstərilməsi, sanatoriya-kurort müəssisələrinin fəaliyyətinə, qış idman növləri üçün stadion və arenaların fəaliyyətinə, konqreslərin və peşəkar salonların təşkili işinə dair investisiya layihələri çərçivəsində kredit təşkilatlarından manatla alınan kreditlər üzrə faiz subsidiyalarının verilməsinə dair təkliflərini 2026-cı il oktyabrın 20-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İqtisadiyyat Nazirliyi, Dövlət Turizm Agentliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, hava nəqliyyatının turizmin inkişafına töhfəsinin artırılmasına dair təkliflərini 2026-cı il oktyabrın 20-dək hazırlayıb Nazirlər Kabinetinə təqdim etsin.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi:

– Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini təmin etmək məqsədilə operatoru olduğu “e-monitorinq” portalı çərçivəsində “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının monitorinqi və hesabatlılıq modulu”nun yaradılmasını iki ay müddətində təmin etsin və 2027-ci ildən başlayaraq Dövlət Proqramının monitorinqini və qiymətləndirilməsini Modul vasitəsilə həyata keçirsin;

– Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər üzrə icraçı orqanların (qurumların), şəhər və rayonların, icra müddətlərinin, eləcə də layihələrlə bağlı məlumatların (Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq informasiya sisteminin informasiya təhlükəsizliyi tələblərinə cavab verməsi ilə bağlı rəy, informasiya sisteminin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilməsi, informasiya sisteminin, o cümlədən onun ehtiyat nüsxələrinin “Hökumət buludu”nda saxlanılması və s.) və digər zəruri göstəricilərin təsnifatlaşdırılmasını, mövcud vəziyyət barədə informasiyaların əks olunmasını və hesabatlılığın aparılmasını Modulda müvafiq bölmələr yaratmaqla təmin etsin;

– Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi məqsədilə aidiyyəti icraçı orqanların (qurumların) operatoru olduqları müvafiq elektron informasiya sistemlərinin (portalların) “e-monitorinq” portalına inteqrasiyası ilə bağlı zəruri tədbirlər görsün;

– Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqinin nəticələri barədə məlumatları 2027-ci ildən başlayaraq, ildə bir dəfə, aprelin 30-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

– Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının qiymətləndirilməsinin nəticələrinə dair məlumatları 2031-ci il iyunun 30-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər üzrə əsas və digər icraçı orqanlar (qurumlar):

– Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin nəticə indikatorları üzrə hədəf göstəricilərini və onların illər üzrə bölgüsünü müəyyən edərək, iki ay müddətində Mərkəzlə razılaşdırılmış indikatorlar cədvəlinin nümunəvi formasına uyğun Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə təqdim etsinlər;

– monitorinqin və qiymətləndirilmənin həyata keçirilməsi məqsədilə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər çərçivəsində layihələrin icrası ilə bağlı müvafiq məlumatların 2027-ci ildən başlayaraq rübdə bir dəfə (rübdən sonrakı ayın 15-dək), tədbirlər üzrə ilin yekunlarına dair hesabatların isə hər il fevralın 25-dək “Layihə idarəetməsi” modulunda yerləşdirilməsini və Mərkəzə təqdim olunmasını təmin etsinlər;

– Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər üzrə layihələrin ilkin ümumi dəyəri, dövlət büdcəsində və özəl sektorda nəzərdə tutulmuş, ayrılmış, istifadə olunmuş və növbəti illərə tələb olunan vəsait, həmçinin beynəlxalq maliyyə institutları tərəfindən ayrılmış, istifadə olunmuş və növbəti illər üçün tələb olunan kredit vəsaiti barədə məlumatların hər rübdən sonrakı ayın 5-dək Modulda yerləşdirilməsini təmin etsinlər.

Bu Sərəncamın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinə həvalə edilsin.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Əvvəlki Yazı

Bakıda iki nəfəri elektrik cərəyanı vuraraq öldürüb

Növbəti Yazı

15 günlük turist vizası ilə girdiyi ölkədə 26 il yaşayan şəxs həbs edilib

XƏBƏR LENTİ

15 günlük turist vizası ilə girdiyi ölkədə 26 il yaşayan şəxs həbs edilib

15 günlük turist vizası ilə girdiyi ölkədə 26 il yaşayan şəxs həbs edilib

28 Avqust 2026 / 13:01
14
Əli Əsədov tapşırıq verdi

Əli Əsədov tapşırıq verdi

28 Avqust 2026 / 12:53
3
Bakıda iki nəfəri elektrik cərəyanı vuraraq öldürüb

Bakıda iki nəfəri elektrik cərəyanı vuraraq öldürüb

28 Avqust 2026 / 12:48
9
Vüqar Dadaşov:“İranda Sistem Dəyişərsə, Məkkə Sazişinə Qoşula Bilər”

Vüqar Dadaşov:“Qafqazda Dəyişən Geosiyasi Balans Moskvanın Təsirini İtirir”

28 Avqust 2026 / 12:40
66
Azərişıq” Zərdabın bir sıra kəndlərində yenidənqurma işləri aparir-Video

Azərişıq” Zərdabın bir sıra kəndlərində yenidənqurma işləri aparir-Video

28 Avqust 2026 / 10:47
10
DİN-dən çağırış:Bank kartlarına dair məxfi məlumatların əldə edilməsinə cəhd göstərilir

DİN-dən çağırış:Bank kartlarına dair məxfi məlumatların əldə edilməsinə cəhd göstərilir

28 Avqust 2026 / 10:43
0
Tokayev Qazaxıstan hökumətinin istefası haqqında fərman imzalayıb

Tokayev Qazaxıstan hökumətinin istefası haqqında fərman imzalayıb

28 Avqust 2026 / 10:36
18
“ABŞ-ın Avropadakı raket ehtiyatları kritik səviyyədən aşağı düşüb” iddiası

“ABŞ-ın Avropadakı raket ehtiyatları kritik səviyyədən aşağı düşüb” iddiası

28 Avqust 2026 / 10:28
6
Ölkəsində axtarılmayıb, Türkiyəyə gəlib.. Dünyaya “Türk qızıyam” dedi! 🇹🇷 Melissa Varqas əslində kimdir?

Ölkəsində axtarılmayıb, Türkiyəyə gəlib.. Dünyaya “Türk qızıyam” dedi! 🇹🇷 Melissa Varqas əslində kimdir?

28 Avqust 2026 / 10:15
10
ABŞ-ın kəşfiyyat təyyarəsi Fars körfəzi yaxınlığında təhlükə siqnalı göndərib

Göyərtəsində 99 sərnişin olan təyyarə Nijni Novqorod üzərində qəza siqnalı göndərib

28 Avqust 2026 / 10:09
1
Lavrov:”Rusiya gəmilərini saxlamaqda məqsədləri budur”

Lavrov: Zelenski Rusiya cəmiyyətində sabitliyi pozmaq istəyir

28 Avqust 2026 / 10:03
5
Devis: Qərb Ukrayna ilə bağlı danışıqlara xələl gətirir və Rusiya Federasiyası ilə münaqişəyə hazırlaşır

Devis: Qərb Ukrayna ilə bağlı danışıqlara xələl gətirir və Rusiya Federasiyası ilə münaqişəyə hazırlaşır

28 Avqust 2026 / 9:57
15
Gecə yarısından etibarən maqnit qasırğası gözlənilir

Gecə yarısından etibarən maqnit qasırğası gözlənilir

28 Avqust 2026 / 9:50
8
Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Moskvaya yaxınlaşarkən 7 pilotsuz təyyarəni vurub

Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin logistikasını vurdu

28 Avqust 2026 / 9:43
14
Göyçayda 39 yaşlı şəxs narkotik tərkibli bitkilər yetişdirdiyi üçün həbs olunub

Göyçayda 39 yaşlı şəxs narkotik tərkibli bitkilər yetişdirdiyi üçün həbs olunub

28 Avqust 2026 / 9:35
11
Nepalda xarici yardımdan imtinanın səbəbi göstərilib

Nepalda xarici yardımdan imtinanın səbəbi göstərilib

28 Avqust 2026 / 9:27
12
ABŞ Hərbi Dəniz Qüvvələrində büdcə böhranı: Vəsaitlər maaş hesablarından köçürüldü

ABŞ Hərbi Dəniz Qüvvələrində büdcə böhranı: Vəsaitlər maaş hesablarından köçürüldü

28 Avqust 2026 / 8:30
7
Cənubi Koreyada saxta qeydiyyat qalmaqalı: 310 min itkin fayl yenidən araşdırılacaq

Cənubi Koreyada saxta qeydiyyat qalmaqalı: 310 min itkin fayl yenidən araşdırılacaq

28 Avqust 2026 / 8:26
7
Tramp MKİ rəhbəri Ratkliffin Rusiyaya səfərinin səbəbləri ilə bağlı yayılan şayiələri təkzib edib

ABŞ-İran gərginliyinin 6-cı ayı: Tramp “böyük qələbə” dedi, yeni təyyarədaşıyıcı yola düşdü

28 Avqust 2026 / 8:22
16
Hava limanlarına kiberhücum: Milyonlarla sərnişinin məlumatları oğurlandı

Hava limanlarına kiberhücum: Milyonlarla sərnişinin məlumatları oğurlandı

28 Avqust 2026 / 8:18
14
Zaxarova:”Almaniya Üçüncü Reyxdən nümunə götürərək rusofobiyanın yuvasına çevrilib”

Rusiya İngiltərəni  hərbi bazalarını vurmaqla hədələyir

28 Avqust 2026 / 8:07
21
UEFA İnfantinoya qarşı cinayət işi açmağa hazırlaşır

UEFA İnfantinoya qarşı cinayət işi açmağa hazırlaşır

28 Avqust 2026 / 8:01
14
Tramp Ontario gölünün adının “Amerika gölü” adlandırılması ilə bağlı sərəncam imzalayıb

Tramp Ontario gölünün adının “Amerika gölü” adlandırılması ilə bağlı sərəncam imzalayıb

28 Avqust 2026 / 7:53
11
Kolumbiyada meşə yanğınları ilə əlaqədar “ictimai fövqəladə vəziyyət” elan edilib

Kolumbiyada meşə yanğınları ilə əlaqədar “ictimai fövqəladə vəziyyət” elan edilib

28 Avqust 2026 / 7:45
23
Nepalda daşqın nəticəsində ölənlərin sayı 469-a çatdı

Nepalda daşqın nəticəsində ölənlərin sayı 469-a çatdı

28 Avqust 2026 / 7:34
13
Respublika Gənclər Kitabxanasında Əməkdar incəsənət xadimi, dramaturq Seyfəddin Dağlının xatirəsi anılıb

Respublika Gənclər Kitabxanasında Əməkdar incəsənət xadimi, dramaturq Seyfəddin Dağlının xatirəsi anılıb

27 Avqust 2026 / 17:31
30
Azərbaycan XİN Pakistandakı yanğınla bağlı başsağlığı verdi

Azərbaycan XİN Rusiyadakı səfirliyimizin qonaq evi qarşısındakı təxribatla bağlı bəyanat yaydı

27 Avqust 2026 / 16:38
14
Razi Nurullayev:”Əsas prinsip ondan ibarət olmalıdır ki, komissiya haqqı şəffaf olsun”

Razi Nurullayev:”Azərbaycanda da son illərdə açıqlanan demoqrafik statistika doğum sayında azalma tendensiyasının olduğunu göstərir”

27 Avqust 2026 / 0:11
14
İranın xarici işlər naziri BMT-yə yazdığı məktubda ABŞ-ın yeni sanksiyalarını iqtisadi terrorizm kimi qiymətləndirib

İranın xarici işlər naziri BMT-yə yazdığı məktubda ABŞ-ın yeni sanksiyalarını iqtisadi terrorizm kimi qiymətləndirib

26 Avqust 2026 / 23:49
12
Bakıda qətl hadisəsi baş verib

Bakıda qətl hadisəsi baş verib

26 Avqust 2026 / 20:38
8
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.