London ətrafında baş verən yanğının söndürülməsinə 120-dən çox yanğınsöndürən cəlb olunub.
Londonun Uembli stadionu yaxınlığındakı məhəllədə güclü yanğın baş verib.
Avropa.info xəbər verir ki, bu barədə “İndependent” qəzeti yazır.
Neasden ştatının Hannah Kloz şəhərindəki tullantıların emalı zavodunda yanğın baş verdiyi bildirilir. Hadisə yerinə 20 yanğınsöndürən maşın və 125 yanğınsöndürən gəlib. Ərazidə yaşayan sakinlərə qapı-pəncərələri bağlayıb içəridə qalmaları tövsiyə olunub. Yanğının baş vermə səbəbləri və zərərçəkənlərin olub-olmaması dəqiqləşdirilir. Bu ərazidə metronun fəaliyyəti dayandırılıb.
Bundan əvvəl ABŞ-da baş verən böyük yanğından danışmışdı. Qeyd olunur ki, yanğın Montana ştatının yaşayış sektorunda baş verib. Yanğına səbəb ailə münaqişəsi olsa da, fəlakətli nəticələrə gətirib çıxarıb. Yanğın nəticəsində bir neçə nəfər, o cümlədən uşaqlar xəsarət alıb. Dörd uşağın öldüyü məlum olub.






























