24 - 09 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

Vüqar Dadaşov:”Məkkə sazişi gələcəkdə qlobal miqyasda yeni siyasi və hərbi platformanın əsasına çevrilə bilər”

Avqust 8, 2026
Siyasət
A A

Avqustun 7-də Məkkə şəhərində Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanmış Kollektiv Müdafiə haqqında “Məkkə sazişi” son dövrlərin yalnız regional deyil, bütövlükdə qlobal geosiyasi baxımdan ən mühüm siyasi hadisələrindən biri hesab oluna bilər. Bu saziş təkcə Yaxın Şərqin təhlükəsizlik arxitekturasına deyil, perspektivdə beynəlxalq güc balansına da ciddi təsir göstərə biləcək potensiala malikdir.

Bu sözləri Avropa.info-ya Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanmış  “Məkkə sazişi” müzakirə edərkən Milli Cəbhə Partiyasınin Başqan Müavini Siyasi Şərhci Vüqar Dadaşov deyib.

Vüqar Dadaşov əlavə olaraq qeyd edib ki, Sazişin ABŞ-la İsrailin İran qarşıdurmasının və Körfəz regionunda davam edən hərbi-siyasi gərginliyin fonunda imzalanması İranın region dövlətlərinə qarşı çəkindirici və balanslaşdırıcı qüvvə kimi meydana çıxdığını təsdiqləyir. Ancaq sənədin strateji mahiyyəti daha genişdir və “Məkkə sazişi” gələcəkdə qlobal miqyasda yeni siyasi və hərbi platformanın əsasına çevrilə bilər. Hansı ki, sazişi imzalayan dövlətlərin strateji imkanları bir-birini tamamlayır. Pakistanın Hindistanla uzunmüddətli qarşıdurmasından əldə etdiyi böyük döyüş təcrübəsi və nüvə potensialı, Türkiyənin son illərdə müdafiə sənayesi, pilotsuz uçuş aparatları, raket texnologiyaları və yüksək texnoloji hərbi sistemlər sahəsində dünyanın aparıcı ölkələrindən birinə çevrilməsi və nəhayət, Səudiyyə Ərəbistanının nəhəng maliyyə resursları, yəni bu üç komponentin vəhdəti gələcəkdə bu sazişin tamhüquqlu hərbi blok səviyyəsinə yüksəlməsi ehtimalını artırır.

Regionda təhlükəsizlik mühitinin ciddi şəkildə dəyişdiyi bir dövrdə İranın Səudiyyə Ərəbistanına qarşı həyata keçirdiyi raket hücumları və bunun ardınca Pakistan tərəfindən Tehrana ünvanlanan xəbərdarlıqlar bu sazişin hansı təhlükəsizlik zərurətindən doğduğunu göstərən əsas siyasi amillərdən biridir. Buna görə də sənədin ilk növbədə İran və onun regional müttəfiqlərinə qarşı formalaşdırılmış çəkindirici təhlükəsizlik mexanizmi kimi qiymətləndirilməsi mümkündür.

“Məkkə sazişi” indiki formatı ilə məhdudlaşmayacaq və gələcəkdə genişlənərək, tədricən bu platformaya yeni iştirakçıların qoşulması ilə daha geniş təhlükəsizlik sisteminə çevrilməsi istisna edilmir.

Məlumdur ki, Türkiyə və Azərbaycan xarici siyasətini Şuşa Bəyannaməsinə əsasən strateji koordinasiya şəraitində həyata keçirir. Azərbaycan və Pakistan münasibətləri isə faktiki müttəfiqlik səviyyəsindədir. Məhz buna görə də mən Məkkədə imzalanmış bu saziş bir başa Azərbaycanın da milli təhlükəsizlik maraqlarına xidmət edən siyasi-hərbi platformadır. Azərbaycan hələ ki, bu sazişin rəsmi iştirakçısı olmasa da, onun geosiyasi nəticələri Azərbaycanın strateji maraqları ilə üst-üstə düşür.

Son günlər Azərbaycan–İran münasibətlərində müəyyən diplomatik yaxınlaşma müşahidə olunur. Ancaq bu, daha çox taktiki xarakter daşıyır. Reallıqda isə iki ölkə arasında strateji ziddiyyətlər qalmaqda davam edir və İran tərəfindən Azərbaycana qarşı müxtəlif formalarda təhdid xarakterli bəyanatlar səsləndirilməsi bunun açıq göstəricisidir.

Digər vacib məqam isə ondan ibarətdir ki, yeni hərbi-siyasi platformanın meydana çıxması alternativ güc mərkəzlərinin formalaşmasını da sürətləndirə bilər. İranın da gələcəkdə Pakistanla oxşar təhlükəsizlik formatı yaratmaq cəhdləri də mümkündür.

Rusiya, İran və Hindistan arasında klassik hərbi ittifaqın formalaşması real görünmür. Onların geosiyasi maraqları və strateji prioritetləri belə bir uzunmüddətli blokun yaranmasını çətinləşdirən əsas amillərdir.

Ümumilikdə, Məkkədə imzalanmış Kollektiv Müdafiə haqqında Saziş perspektivdə tamhüquqlu hərbi blok statusu qazana biləcək siyasi-hərbi platformadır. Belə bir ssenaridə Azərbaycanın, hətta Ukraynanın da müxtəlif formatlarda bu platforma ilə əməkdaşlıq etməsi və ya onun təhlükəsizlik sisteminin bir hissəsinə çevrilməsi mümkün perspektivlərdəndir. Yəni, prosesdə “Məkkə sazişi” təkcə Yaxın Şərqdə deyil, hətta qlobal miqyasda hərbi-siyasi güc mərkəzinin formalaşmasının əsasını qoya bilər.

Avropa.info

Əvvəlki Yazı

TASS: Rusiya Silahlı Qüvvələri Xarkov yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin millətçilərini təlimatçılar arasından məhv edib.

Növbəti Yazı

Kubandakı İlski neft emalı zavodunda PUA-nın hücumu nəticəsində yanğın baş verib,

XƏBƏR LENTİ

Məkkəyə və Səudiyyə Ərəbistanının daha 4 bölgəsinə təcili xəbərdarlıq

Məkkəyə və Səudiyyə Ərəbistanının daha 4 bölgəsinə təcili xəbərdarlıq

24 Sentyabr 2026 / 15:33
1
Tural İrfan:“Mərkəzi Asiyanın İştirakı Çinin Maraqlarını Regiona Çəkir”

Tural İrfan:“Pensiya fondlarına toplanmış öz pulundan özünə borc vermək lazımdır”

24 Sentyabr 2026 / 14:04
0
Xocavənddə 140 nəfər mina təhlükəsinə dair maarifləndirilib

Xocavənddə 140 nəfər mina təhlükəsinə dair maarifləndirilib

24 Sentyabr 2026 / 11:43
2
Venesuelanın müvəqqəti prezidenti Rodriges ölkədə “demokratik keçid prosesinin başladığını” bildirib

Venesuelanın müvəqqəti prezidenti Rodriges ölkədə “demokratik keçid prosesinin başladığını” bildirib

24 Sentyabr 2026 / 9:06
10
Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın Avropa bazarındakı perspektivlərini qiymətləndirib

Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın Avropa bazarındakı perspektivlərini qiymətləndirib

24 Sentyabr 2026 / 9:01
5
KNBC helikopteri yol qəzası barədə məlumat verərkən qəzaya uğrayıb, 3 nəfər ölüb- Foto -Video

Rostov vilayətinə gecə hücumu: neft anbarının strukturlarına ziyan dəyib

24 Sentyabr 2026 / 8:55
15
Ukrayna şəhərlərində qida və su böhranı: İnsanlar bağ otları ilə qidalanırlar

Ukrayna şəhərlərində qida və su böhranı: İnsanlar bağ otları ilə qidalanırlar

24 Sentyabr 2026 / 8:46
11
ABŞ-ın təyyarədaşıyan gəmisindəki 8 dənizçi intihara cəhd edib

ABŞ-ın təyyarədaşıyan gəmisindəki 8 dənizçi intihara cəhd edib

24 Sentyabr 2026 / 8:34
13
Azərbaycanla Dominikan Respublikas arasında viza rejimi ləğv edildi ı

Azərbaycanla Dominikan Respublikas arasında viza rejimi ləğv edildi ı

24 Sentyabr 2026 / 8:22
5
Çin prezidenti Xi 11 ildən sonra ABŞ-da

Çin prezidenti Xi 11 ildən sonra ABŞ-da

24 Sentyabr 2026 / 6:39
7
ABŞ-ın Ankaradakı səfiri Kışla: Ərdoğan və Tramp çox yaxşı və effektiv ünsiyyət qurdular

ABŞ-ın Ankaradakı səfiri Kışla: Ərdoğan və Tramp çox yaxşı və effektiv ünsiyyət qurdular

24 Sentyabr 2026 / 1:12
4
Aİ və 51 ölkə Rusiyanı atəşkəsi qəbul etməyə çağırıb

Aİ və 51 ölkə Rusiyanı atəşkəsi qəbul etməyə çağırıb

24 Sentyabr 2026 / 1:07
3
Zelenski: Bu qışı Rusiya üçün çətinləşdirməkdən başqa çarəmiz olmayacaq

Zelenski: Bu qışı Rusiya üçün çətinləşdirməkdən başqa çarəmiz olmayacaq

24 Sentyabr 2026 / 1:02
6
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi yeni layihənin icrasına başlayır

Qırmızı Bazarda mina təhlükəsinə qarşı maarifləndirmə tədbiri keçirilib

23 Sentyabr 2026 / 19:51
6
“Təmiz Dünya”nın qadın və uşaqlara dəstək layihəsinin nəticələri açıqlandı – FOTOLAR

“Təmiz Dünya”nın qadın və uşaqlara dəstək layihəsinin nəticələri açıqlandı – FOTOLAR

23 Sentyabr 2026 / 19:45
1
Pezeşkian: ABŞ və İsrail məktəblərimizi vurdular

Pezeşkian: ABŞ və İsrail məktəblərimizi vurdular

23 Sentyabr 2026 / 19:12
18
Səudiyyə Ərəbistanı: Abha və Xamis Muşait şəhərlərində erkən xəbərdarlıq sistemi işə salınıb

İran: Hörmüz boğazı açılmazdan əvvəl çatdırdığımız 7 şərt həyata keçirilməlidir

23 Sentyabr 2026 / 19:05
13
İsrailin Qəzzaya hücumları atəşkəsə baxmayaraq davam edir

İsrailin Qəzzaya hücumları atəşkəsə baxmayaraq davam edir

23 Sentyabr 2026 / 16:32
7
“Rəqəmsal dövrdə uşaq ədəbiyyatı və süni intellekt” mövzusunda elmi-nəzəri konfrans keçiriləcək

“Rəqəmsal dövrdə uşaq ədəbiyyatı və süni intellekt” mövzusunda elmi-nəzəri konfrans keçiriləcək

23 Sentyabr 2026 / 16:22
41
“İsveçrə COP31W sərgisində Türkiyə ilə “uzunmüddətli” tərəfdaşlığa hazırlaşır

“İsveçrə COP31W sərgisində Türkiyə ilə “uzunmüddətli” tərəfdaşlığa hazırlaşır

23 Sentyabr 2026 / 12:45
0
Makron Hörmüz boğazı böhranı ilə bağlı Trampı tənqid etməkdən çəkindi

Makron Hörmüz boğazı böhranı ilə bağlı Trampı tənqid etməkdən çəkindi

23 Sentyabr 2026 / 12:33
6
Makron uşaqları qorumaq üçün süni intellekt modellərini araşdırmağa çağırır n

Makron uşaqları qorumaq üçün süni intellekt modellərini araşdırmağa çağırır n

23 Sentyabr 2026 / 11:58
1
CNN, Politico və MS NOW-dan iddia: Ağ Evin qadağanı məhkəməyə verilir

ABŞ Ədliyyə Nazirliyi media orqanlarının Ağ Evə girişinin məhdudlaşdırıla biləcəyini iddia edir

23 Sentyabr 2026 / 10:22
21
Belçikada dizelin litr qiyməti rekord qırıb

Belçikada dizelin litr qiyməti rekord qırıb

23 Sentyabr 2026 / 9:48
5
Gürcüstanda azərbaycanlı iş adamı avtoqəza həyatını itirdi

Gürcüstanda azərbaycanlı iş adamı avtoqəza həyatını itirdi

23 Sentyabr 2026 / 9:24
20
Witkoff: Nyu-Yorkda İranla məsləhətləşmələr uğurlu alındi

Witkoff: Nyu-Yorkda İranla məsləhətləşmələr uğurlu alındi

23 Sentyabr 2026 / 9:18
5
Zelenskinin AK rəhbəri ilə görüşü uğursuz oldu: Von der Leyen şərtlər qoydu

Zelenskinin AK rəhbəri ilə görüşü uğursuz oldu: Von der Leyen şərtlər qoydu

23 Sentyabr 2026 / 9:08
4
Lavrov: Əgər avropalılar bizə hücum etsə, bu müharibə fərqli olacaq və çox qısa sürəcək

Sergey Lavrov BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka gəlib

23 Sentyabr 2026 / 8:50
11
Ceyhun Bayramov Bolqarıstanın xarici işlər naziri Velislava Petrova ilə görüşüb

Ceyhun Bayramov Bolqarıstanın xarici işlər naziri Velislava Petrova ilə görüşüb

23 Sentyabr 2026 / 8:43
13
Zelenski: Rusiyanın Ukraynadakı hücumları nəticəsində 3 nəfər ölüb, çoxlu sayda insan yaralanıb

Zelenski: Rusiya müharibəni bitirməyə hazır deyil

23 Sentyabr 2026 / 8:40
2
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.