03 - 09 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

ABŞ–İran müharibəsinin görünməyən hədəfi: Qlobal enerji xəritəsi necə dəyişir?

Sentyabr 3, 2026
Siyasət
A A

ABŞ-İran müharibəsinin nəticəsini yalnız hərbi müstəvidə qiymətləndirmək doğru deyil. Qarşıdurmanın enerji və geosiyasi nəticələri göstərir ki, əsas məqsəd İranın Çinin enerji təminatını nəzarətə götürmək idi. Doğrudur, İrana qarşı müharibədə İsrail faktoru da təsirli idi.

Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a ABŞ-İran münaqişəsinin qlobal enerji bazarlarına, Çinin strateji təhlükəsizliyinə və Mərkəzi Asiyanın artan roluna təsirlərini şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, siyasi analitik Vüqar Dadaşov deyib.

“Vaşinqton Venesueladan Sonra İran Neftinin Çinə İxracını da Faktiki Olarq Dayandırdı”

Ekspert ABŞ-nin dəniz blokadası və Venesuela razılaşması fonunda Çinin enerji təchizatına vurulan zərbəni diqqətə çatdırıb:

“Artıq məlumdur ki, ABŞ faktiki olaraq 03.01.2026-cı il tarixdə prezident Maduronu oğurlayaraq Venesuelanı nəzarətə götürəndən sonra Çinin mühüm enerji mənbələrindən biri İrandan da neft ixracını məhdudlaşdırıb, məqsədinə nail olub. Reuters-in 1 sentyabr məlumatına görə, İran təxminən yeddi həftədir Hörmüz boğazından əhəmiyyətli həcmdə xam neft ixrac edə bilmir. İyulun ortalarından etibarən İran neftinin Çinə yeni dəniz yüklərinin çatdırılması faktiki olaraq dayanıb. İranın xam neft yükləmələri martdakı gündə təxminən 2 milyon barrel səviyyəsindən avqustda 220–255 min barrel/gün həddinə düşüb. Son günlər isə ABŞ-nin dəniz blokadası səbəbindən İrandan Çinə neft daşınması mümkün olmayıb. Xatırladaq ki, 31 avqustda Vaşinqton ABŞ-nin Venesuelanın təxminən 65 milyard barrel təsdiqlənmiş neft ehtiyatlarına çıxışını nəzərdə tutan yeni razılaşmanı açıqlayıb. Razılaşmaya əsasən, NABEP şirkəti 17 neft yatağı üzrə 100 illik konsessiyalar əldə edir; ABŞ hökuməti şirkətin ana strukturunda 35 faiz pay, həmçinin hasilatın 20 faizini maya dəyəri ilə almaq hüququ əldə edir və qalan 80 faiz üçün üstün satınalma hüququna malik olur. Qısası, Çinin əsas təchizatçılarından biri olan Venesuelanın nefti, enerji daşıyıcıları ABŞ-nin tam ixtiyarına keçməsi beynəlxalq müqavilə ilə rəsmiləşib”.

“Rusiya Daxili Yanacaq Böhranı Yaşayır, Qazaxıstan Və Mərkəzi Asiya Əvəzolunmaz Xammal Mənbəyinə Çevrilir”

MCP rəsmisi Rusiyanın neft sektorundakı çətinliklərinə və Çinin Mərkəzi Asiyadan alternativ xammal axtarışlarına təsirinə toxunub:

“Qaldı ki, Rusiyadan Çinə neft ixracı davam edir. Lakin Ukrayna müharibəsi və Kiyevin Rusiya neft infrastrukturu və emal zavodlarını hədəfə alması Rusiyada ciddi daxili yanacaq böhranı yaradıb. Moskva daxili tələbatı qarşılamaq üçün hətta Orta Asiya və Hindistandan yanacaq idxal etməyə məcbur olur. Bu vəziyyətdə Çin üçün alternativ enerji mənbəyi kimi Qazaxıstan xüsusi əhəmiyyət daşıyır. Ancaq Qazaxıstan–Çin neft marşrutunun imkanları İranın əvvəlki ixrac həcmini əvəz etmək iqtidarında deyil. Ona görə də Mərkəzi Asiyanın əhəmiyyəti yalnız neftlə deyil, nüvə enerjisi üçün strateji xammalla da ABŞ-ın ehtiyacını artırır. 21 avqust 2026-cı ildə Çinin SNURDC şirkəti Qazaxıstanın milli atom şirkəti Kazatompromdan təbii uran konsentratı (U₃O₈) tədarükü üzrə razılaşma əldə edib. Xammalın çatdırılması Çinlə sərhəddə yerləşən Alashankou dəmir yolu ilə nəzərdə tutulur. Çin enerji təhlükəsizliyi üçün neftdə İran və Körfəz marşrutları, qaz və digər enerji resurslarında Rusiya, nüvə yanacağı sahəsində isə Qazaxıstan və Özbəkistan artıq xüsusi strateji əhəmiyyət daşıyır”.

“İranın Sıxışdırılması ABŞ–Çin Strateji Rəqabətində Pekinə Ağır Təzyiq Lütf edir”

Politoloq ABŞ-nin qlobal enerji xəritəsinə nəzarəti ələ keçirməklə müharibədən mənfəətlə çıxdığını vurğulayıb:

“Yəni, ABŞ-nin İran siyasəti təkcə Tehran üçün iqtisadi itkilərlə məhdudlaşmır. İranın neft ixracının uzun müddətə məhdudlaşdırılması Çinin enerji təminatına da birbaşa təsir göstərərək inkişafını əngəlləyir. Əlbəttə ki, ABŞ-nin İranla müharibəsinin yeganə məqsədinin Çin olduğunu demək doğru olmazdı. İranın zəiflədilməsi ABŞ-Çin strateji rəqabətində Pekinin enerji təhlükəsizliyinə əlavə və əlaqəli təzyiq yaradan mühit formalaşdırır. Nəticə budur ki, İranın neft ixracı məhdudlaşır – Çin alternativ mənbələr axtarır – Qazaxıstanın nefti və uranı daha böyük strateji əhəmiyyət qazanır – ABŞ isə Körfəz və Venesuela daxil olmaqla alternativ enerji mənbələri üzərində təsir imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir. Yəni, ABŞ-İran müharibəsinin yekununu yalnız hərbi qələbə və ya məğlubiyyət kimi qiymətləndirmək olmaz. Əsas məqsəd və nəticə enerji marşrutlarına, neft bazarına və Çin iqtisadiyyatının enerji təminatına nəzarəti əldə etməkdir. Hələ ki, ABŞ bu müharibələrin qalibi və qazanclı tərəfi kimi görünür”.

Əvvəlki Yazı

İndoneziya prezidenti Putinlə görüşdə Rusiya Federasiyası ilə əlaqələri yüksək qiymətləndirib

Növbəti Yazı

Mendel: Rusiyanın təhdidləri ukraynalıların vəziyyətini pisləşdirəcək

XƏBƏR LENTİ

Tural İrfan:“Mərkəzi Asiyanın İştirakı Çinin Maraqlarını Regiona Çəkir”

Tural İrfan: “Putin İrəvanı təhlükəsizlik riskli siyasi-retorik tələyə salır”

03 Sentyabr 2026 / 10:14
20
Mendel:”Zelenski dayandırmaq istəmədiyi münaqişədə hamını günahlandıri”

Mendel: Rusiyanın təhdidləri ukraynalıların vəziyyətini pisləşdirəcək

03 Sentyabr 2026 / 10:09
13
Vüqar Dadaşov:“İranda Sistem Dəyişərsə, Məkkə Sazişinə Qoşula Bilər”

ABŞ–İran müharibəsinin görünməyən hədəfi: Qlobal enerji xəritəsi necə dəyişir?

03 Sentyabr 2026 / 10:03
57
İndoneziya prezidenti Putinlə görüşdə Rusiya Federasiyası ilə əlaqələri yüksək qiymətləndirib

İndoneziya prezidenti Putinlə görüşdə Rusiya Federasiyası ilə əlaqələri yüksək qiymətləndirib

03 Sentyabr 2026 / 9:52
0
Nepalda təbii fəlakət nəticəsində ölənlərin sayı kəskin artıb

Nepalda təbii fəlakət nəticəsində ölənlərin sayı kəskin artıb

03 Sentyabr 2026 / 9:44
22
İran rəsmisi ABŞ ordusunun “biz heç vaxt mülki insanları hədəf almırıq” iddiasını rədd edib

İran rəsmisi ABŞ ordusunun “biz heç vaxt mülki insanları hədəf almırıq” iddiasını rədd edib

03 Sentyabr 2026 / 9:34
19
Silivri sahillərində batan gəminin axtarış-xilasetmə işləri davam edir

Silivri sahillərində batan gəminin axtarış-xilasetmə işləri davam edir

03 Sentyabr 2026 / 9:27
15
Soyqırım İsrail tərəfindən nəzarətə alınan Dr. Əbu Səfiyə mühafizəçilər tərəfindən hədələnir

Soyqırım İsrail tərəfindən nəzarətə alınan Dr. Əbu Səfiyə mühafizəçilər tərəfindən hədələnir

03 Sentyabr 2026 / 9:20
12
İraq Hörmüz boğazı ilə bağlı problemlərdən yan keçməyin yolunu tapıb

İraq Hörmüz boğazı ilə bağlı problemlərdən yan keçməyin yolunu tapıb

02 Sentyabr 2026 / 22:49
4
ÜST: DRC-də Ebola indiyə qədər gördüyümüz ən sürətlə yayılan epidemiyadır

ÜST: DRC-də Ebola indiyə qədər gördüyümüz ən sürətlə yayılan epidemiyadır

02 Sentyabr 2026 / 22:22
5
Kiberdələduzluğa həbs olunan xanim məşhur həkim çixdi

Kiberdələduzluğa həbs olunan xanim məşhur həkim çixdi

02 Sentyabr 2026 / 22:09
22
“Səhiyyə işçilərinə göstərilən davamlı diqqət və qayğıya görə dərin minnətdarlığımızı bildiririk”-BƏYANAT

“Səhiyyə işçilərinə göstərilən davamlı diqqət və qayğıya görə dərin minnətdarlığımızı bildiririk”-BƏYANAT

02 Sentyabr 2026 / 22:00
18
Niderland Səfirliyi Azərbaycana təşəkkur etdi

Niderland Səfirliyi Azərbaycana təşəkkur etdi

02 Sentyabr 2026 / 18:17
19
Kilian Mbappeni qaçırmaq istəyən dəstə həbs olundu

Kilian Mbappeni qaçırmaq istəyən dəstə həbs olundu

02 Sentyabr 2026 / 17:39
5
KKTC Baş naziri: Texniki araşdırmalardan sonra ən qısa zamanda ilkin hesabat hazırlanacaq

KKTC Baş naziri: Texniki araşdırmalardan sonra ən qısa zamanda ilkin hesabat hazırlanacaq

02 Sentyabr 2026 / 17:32
17
L’Antidiplomatico: Putin Zelenskinin Rusiya Federasiyasını hədələməsinə sərt reaksiya verdi

L’Antidiplomatico: Putin Zelenskinin Rusiya Federasiyasını hədələməsinə sərt reaksiya verdi

02 Sentyabr 2026 / 17:24
13
Odlu silahdan yaralanan 31 yaşlı çoban öldü

Odlu silahdan yaralanan 31 yaşlı çoban öldü

02 Sentyabr 2026 / 17:09
19
İskəndərundan çıxaraq Silivridə batmış gəminin görüntüləri əldə edilib

İskəndərundan çıxaraq Silivridə batmış gəminin görüntüləri əldə edilib

02 Sentyabr 2026 / 17:01
4
İsrail ordusunun Livanın cənubunda pilotsuz təyyarənin hücumu nəticəsində 1 nəfər ölüb

İsrail ordusunun Livanın cənubunda pilotsuz təyyarənin hücumu nəticəsində 1 nəfər ölüb

02 Sentyabr 2026 / 16:54
17
Rusiya: Hava limanlarında uzunmüddətli fasilələrə yol verilməyəcək

Rusiya: Hava limanlarında uzunmüddətli fasilələrə yol verilməyəcək

02 Sentyabr 2026 / 16:33
24
Hüquqşünas Ülle Madise Estoniyanın yeni prezidenti oldu

Hüquqşünas Ülle Madise Estoniyanın yeni prezidenti oldu

02 Sentyabr 2026 / 16:26
23
 İsrail ordusunun hücumuna məruz qalan Qəzzada son 24 saatda 8 nəfər həyatını itirib

 İsrail ordusunun hücumuna məruz qalan Qəzzada son 24 saatda 8 nəfər həyatını itirib

02 Sentyabr 2026 / 16:19
22
SON DƏQİQƏ! DİN əməliyyat keçirdi:MİDA-nın adından saxta elektron alqı-satqı və ipoteka müqavilələri hazırlayan şəxslər həbs edildi-Video

SON DƏQİQƏ! DİN əməliyyat keçirdi:MİDA-nın adından saxta elektron alqı-satqı və ipoteka müqavilələri hazırlayan şəxslər həbs edildi-Video

02 Sentyabr 2026 / 16:09
18
 İsrail İrani hədələdi:”Təyyarələrimiz havaya qalxmağa hazırdır

 İsrail İrani hədələdi:”Təyyarələrimiz havaya qalxmağa hazırdır

02 Sentyabr 2026 / 16:00
16
Prezident İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul edib-Fotolar

Prezident İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul edib-Fotolar

02 Sentyabr 2026 / 14:43
24
Prezident Ərdoğan:”Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük Qərbə arxa çevirmək demək deyil”

Prezident Ərdoğan:”Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük Qərbə arxa çevirmək demək deyil”

02 Sentyabr 2026 / 14:34
15
Prezident İlham Əliyev Çin Respublikasının Baş prokurorunu qəbul etdi – Fotolar

Prezident İlham Əliyev Çin Respublikasının Baş prokurorunu qəbul etdi – Fotolar

02 Sentyabr 2026 / 14:09
21
Prezident İlham Əliyev Fərman İmzalayıb

Prezident İlham Əliyev Fərman İmzalayıb

02 Sentyabr 2026 / 14:01
11
Çin Xarici İşlər Nazirliyi Ukraynadakı münaqişə tərəflərini təmkinli olmağa çağırıb

Çin Xarici İşlər Nazirliyi Ukraynadakı münaqişə tərəflərini təmkinli olmağa çağırıb

02 Sentyabr 2026 / 13:51
12
Girne sahillərində batan gəmi tapılıb

Girne sahillərində batan gəmi tapılıb

02 Sentyabr 2026 / 13:20
21
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.