Nepalda güclü torpaq sürüşməsi 1,2 mindən çox insanın həyatına son qoyu
Nepalda baş verən böyük təbii fəlakət nəticəsində ölənlərin sayı 1252 nəfərə çatıb.
Avropa.info xəbər verir ki, Çin Mərkəzi Televiziyası (CCTV) Nepal polisinə istinadən xəbər verir ki, daha 4875 nəfər hələ də itkin düşüb.
Bir gün əvvəl 1127 nəfərin öldüyü bildirilmişdi. 26 avqust 2026-cı ildə ölkənin şimalında baş verən güclü daşqınlardan zərər çəkmiş ərazilərdə axtarış-xilasetmə işləri davam edir.
Fəlakətə səbəb Nepal-Çin sərhədi yaxınlığında qar uçqunu olub. Nəhəng su, daş və torpaq axını çayın yatağı ilə 70 kilometrdən çox keçərək əhalinin məskunlaşdığı əraziləri dağıdıb və böyük əraziləri su basıb.
Xilasedicilər təbii fəlakətdən zərər çəkmiş ərazilərdə ola biləcək insanların axtarışlarını davam etdirirlər. İş dağıntıların miqyası və zərər çəkmiş ərazilərdəki çətin vəziyyətə görə çətinləşib






























