Dünya

Vladimir Zelenski səfərbərlik yaşının 18 yaşa endirilməsi ilə bağlı ABŞ Prezidenti Co Baydenin təklifindən imtina edib

30 Noyabr 2024, 16:556
Reklam728x90
Reklam320x100

Ukrayna Prezidenti Vladimir Zelenski səfərbərlik yaşının 18 yaşa endirilməsi ilə bağlı ABŞ Prezidenti Co Baydenin təklifindən imtina edib.Avropa.info xəbər verir ki, o, bu barədə “Skay Nyus”a müsahibəsində bildirib.

“Mən tərəfdaşlarımızdan öz işlərini görmələrini xahiş etmək istəyirəm, biz də öz işimizi görəcəyik. İndi tərəfdaşlar yalnız 2,5 briqada təchiz ediblər, daha 10 briqada isə tam silah almayıb”, – Ukrayna lideri əlavə edib.

Xatırladaq ki, üç gün əvvəl “Assoşeyted Press” və “Röyters” agentliyi Bayden administrasiyasının Kiyev hakimiyyətini ordunun sayını sürətlə artırmaq üçün səfərbərlik yaşını 25-dən 18 yaşa endirməyə çağırdığını yazmışdı

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600