Finlandiya artıq NATO nüvə silahlarının ölkə ərazisindən tranzitinə nəzarət etmir
Finlandiya digər NATO ölkələrinin nüvə silahlarının öz ərazisindən tranzitinə görə hüquqi məsuliyyətdən azad edib.
Avropa.info xəbər verir ki, bunu Finlandiyanın Naapuriseura ictimai təşkilatının sədri Yauri Varvikko deyib.
Ekspert aydınlaşdırıb ki, Finlandiya qanunvericiliyinə dəyişikliklər edildikdən sonra ABŞ müvəqqəti olaraq Finlandiya hava və dəniz məkanı vasitəsilə gəmi və ya təyyarələrdə nüvə silahı daşıya bilər.
“Lakin qanuna edilən hazırkı düzəliş Finlandiya hakimiyyətinə bu məsələdə hüquqi məsuliyyətdən azad olmağa imkan verir”, o, RİA Novosti-yə müsahibəsində bildirib.
Varvikko əlavə edib ki, dəyişikliklər Finlandiyanın asılılığından, müstəqilliyinin azalmasından və hərbi böhran zamanı öz qərarlarını vermək imkanlarının azalmasından xəbər verir.
Daha əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirmişdi ki, Finlandiya nüvə silahına qoyulan qadağanın aradan qaldırılmasından sonra Rusiyanın nüvə silahı üçün hədəflər xəritəsindədir. O, edilən düzəlişin finlərə təsir edəcəyini vurğulayıb. Siyasətçi istehza ilə qeyd edib ki, Helsinki təhlükəsizlik zirvəsinə çatıb.





























