Ölkə

Vətən müharibəsi iştirakçısi vəfat edib

8 Dekabr 2024, 17:0340
Reklam728x90
Reklam320x100
Vətən müharibəsi iştirakçısı, Azərbaycan Ordusunun baş giziri Əsədov Heydər Məmmədağa oğlu vəfat edib.
Avropa.info xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkən H.Əsədov sakini olduğu Biləsuvar rayonunda dünyasını dəyişib.
O, hərbi tibb kollecində təhsil alıb. Bir çox hərbi hissələrdə tibb məntəqəsində çalışıb.
Tovuz, Aprel döyüşlərinin də iştirakçısı olan Heydər Əsədov Vətən müharibəsində göstərdiyi şücaətlərinə görə çoxsaylı medallarla təltif olunub.
Qeyd edək ki, 46 yaşlı H.Əsədov 25 illik vətənə xidmətini yenicə başa vurmuşdu.
Ailəli idi, 3 qız övladı vətənə əmanət qaldı
Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600