Dünya

“Türkiyə və silahlılar Suriya ilə sərhəddə qüvvələr toplayır”-“Voll Strit Jurnal”

17 Dekabr 2024, 12:314
Reklam728x90
Reklam320x100

ABŞ Türkiyə və müttəfiqlərinin sərhəd yaxınlığında mövcudluğunu artırdığı üçün Suriyada hərbi əməliyyat planlaşdıra biləcəyindən narahatlığını ifadə edib.

Avropa.info xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” mənbələrə istinadən məlumat yayıb.

“Türkiyə və silahlılar Suriya ilə sərhəddə qüvvələr toplayır və Vaşinqton Ankaranın suriyalı kürdlərin əlində olan ərazilərə genişmiqyaslı hücuma hazırlaşa biləcəyi barədə həyəcan təbili çalır. Toplanan qüvvələrə Türkiyə ilə şimal sərhədində yerləşən Ayn əl-Ərəb (Kobani) şəhəri yaxınlığında çoxlu sayda cəmləşmiş silahlılar, Türkiyə xüsusi təyinatlıları və artilleriya daxildir”, – məlumatda deyilib.

Qeyd olunur ki, Türkiyə əməliyyata yaxın vaxtlarda başlaya bilər

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600