28 - 07 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Dünya

Türkiyə memarlığının şah əsərləri: Memar Sinanın tikdiyi 77 məscid – FOTOLAR

Dekabr 23, 2024
Dünya, Redaktorun Seçimi
A A

Türkiyədə məscidlər sadəcə bir ibadət yeri deyil. Bu məscidlər həm də dünya tarixi üçün bir irsdir. Bu məscidlər zəngin mədəniyyətin imzası və burada hakim olan böyük imperiyaların qalığıdır. Türkiyə mədəniyyətinin, tarixinin zənginliyini məscidləri ziyarət etməklə görmək mümükündür. Məhz bu səbəbdəndir ki, Türkiyəyə səfər edən turistlərin böyük hissəsi tarixi və mədəni irsin qorunmasının özündə əks etdirən bu məscidləri ziyarət edirlər. Türkiyəyə səfərimiz çərçivəsində biz də bir neçə məscidi ziyarət etmək şansımız oldu. Tarixlə mədəniyyətin, inamla etiqadın təcəssümünü məhz mıəscidlərə ziyarətimiz zamanı bir daha şahid olduq.

Türkiyə sözsüz dünya tarixi, mədəniyyəti və irsi baxımından son dərəcə zəngin bir diyardır. Bu ölkənin hər küçəsi, hər qəsəbəsi minillik tarixi hadisələrə, heyranedici hekayələrə və Türkiyəni idarə edən bir çox imperiya və sülalələrin onurğa sütunu olan canlı mədəniyyətlə doludur. Müasir şəhər həyatının təlaşında belə, siz minlərlə il boyu uca durmaqdan qazandığı saysız-hesabsız dərin mədəniyyət və müdriklik təbəqələrini tapa bilərsiniz.

Dünya memarlıq tarixinə Türk dünyasını təmsil edən bir mötəbər isim mövcuddur. Bu memar Sinandır.

Təqribi olaraq 1490-cı ildə doğulmuş, 1558-ci ildə isə vəfat etmişdir. Onun əsərləri memarlıq-incəsənət sahəsinə əbədi damğasını vuran nümunələr hesab olunur. Xüsusilə, Osmanlı memarlıq sənətinin möhtəşəm yüzilliyini təmsil edən Memar Sinan yarım əsr ərzində məscid, bazar, körpü, karvansara kimi bir çox abidələr yaratmışdır. Memar Sinanın müasir memarların yoluna işıq saçan və şəhərin görməli yerlərini inşa edən əsərləri əsrlərdir davam edir.

Türk mütəxəssislər qeyd edirlər ki, Memar Sinan zəlzələlərin nəticələrini bildiyi üçün tikilələrdə bunu mütləq nəzərə alırmış.

O, tikintidə buna uyğun materiallar seçər və öz müstəsna bilikləri üzərində inşaat işləri apararmış. Mütəxəssislər onun inşa etdiyi bütün binaları homogen materiallardan tikdiyini qeyd edir.

Estetik zövqlülük, bənzərsiz üsullar və möhkəm təməllər və inşaat planı ilə ərsəyə gələn çoxsaylı memarlıq nümunələri arasında Süleymaniyyə camisi, Şahzadə məscidi, Səlimiyyə məscidi, Drina körpüsü, Mostar körpüsü xüsusilə sevilir və seçilir.

Memar Sinan Osmanlı ordularının Avropa ölkələrinə səfərləri zamanı keçilməyən çaylar üzərində saldığı möhkəm körpülərlə Sultan Süleymanın diqqətini cəlb etmiş və ömrünün axırına qədər dövlətin baş memarı vəzifəsini icra etmişdir.

Memar Sinan kim idi? Onun məşhurluğunun əsl səbəbi nə idi? Dünyada bəlkə də haqqında danışdığımız Memar Sinan qədər bina tikən, tarixə öz izini memarlıq əsərləri ilə həkk etdirən ikinci bir memar yoxdur.

Memar Sinan 1539-cu ildə sədrəzəm Ayaz Mehmed Paşa tərəfindən Osmanlı imperatorluğunun baş memarı təyin edilir. Sinan 1588-ci ildə ölümünə qədər vəzifəsində qaldı və üç sultanın hakimiyyəti dövründə: I Süleyman (1520-66), II Səlim (1566–74) və III Murad (1574–95) dövründə şah əsərlərini yaratdı. Sinan öz xatirələrində Teẕkiretü’l-bünyān adlı əsərində 80 cümə məscidi (böyük məscid) və 400-dən çox kiçik məscidi daxil olmaqla 698 binanı layihələndirdiyini bildirir. Əslində o, imperator memarlarından ibarət qrupa rəhbərlik edirdi və tikilən binalar kollektiv iş sayılırdı. Sinan özü sultan üçün aparılan böyük tikinti layihələrində iştirak edirdi. Bunlar Ədirnədəki Şahzadə külliyəsi (1543–48), Süleymaniyyə məscidi (1548–59), Qırxçeşme su işleri (1561–65), Qanuni Sultan Süleyman Körpüsü (1565–67) və Səlimiyyə məscidləri (1568–74) idi. Bu tarixdən sonra o, III Muradın dövründə böyük tikinti işləri aparmamış, yaşlandığı üçün işi başqa memarlara həvalə etmişdir.

Məscidlər Türkiyənin səma xəttinə dünyanın heç bir yerində rast gəlinməyən unikal bir dərinlik və xarakter əlavə edir. Möhtəşəm minarələri və aydın mavi səmaya qarşı gözə çarpan günbəzləri ilə, Türkiyədə dünyanın ən böyük və ən gözəl məscidlərindən bir neçəsi var.

Bu yazımızda dünya tarixində özünəməxsus yeri olan məscidlərimiz haqqında məlumat verəcəyik.

Bursa Ulu Məscidi

1396-1399-cu illər arasında Osmanlı İmperatorluğu dövründə tikilmiş Bursa Ulu Məscidi Səlcuqlu memarlığından gqaynaqlanan əsl Osmanlı memarlıq üslubunun ecazkar əsəridir. Bu məscidin divarlarında və sütunlarında həkk olunmuş İslam xəttatlığının gözəl nümünələri, Bursa Ulu Məscidini qədim İslam xəttatlığının ecazkar nümünəsi olduğununun bir daha şahidi olacaqsınız. 5000 kv m geniş əraziyə uzanan məscid 20 günbəz və 2 minarəsi olan unikal düzbucaqlı quruluşa malikdir.

Rüstəm Paşa Məscidi (İstanbul)

İstanbula səfərimiz zamanı bu möhtəşəm Rüstəm Paşa məscidi ziyarət etdik.

İstanbuldakı Rüstəm Paşa məscidi qədimliyinə görə möhtəşəm memarlıq əsəri olmaya bilər, lakin bu məscidin möhtəşəm İznik çini dizaynları bütün daha böyük layihələrdən üstündür. Osmanlı dövründə memar Sinan tərəfindən tikilən məscid Sultan I Süleymanın baş vəziri Rüstəm Paşa tərəfindən maliyyələşdirilib.

Mürəkkəb nəbati və həndəsi naxışlarla gözəl İznik kaşıları divarın həm daxili, həm də xarici hissələrini bəzəyir. Məscidin nisbətən kiçik olması səbəbindən incə sənət əsərlərinin gözəlliyini araşdırmaq və qiymətləndirmək daha asandır. Küçə səviyyəsindən yuxarıda yerləşən məscid yoldan keçənlərə asan görünmür. Küçədən sizi məscidin ön terrasına aparacaq pilləkənlə qalxmalı olacaqsınız.

Səlimiyə məscidi (Ədirnə)

Türkiyə memarlıq sənətinin şah əsərlərindən biri sözsüz ki, Səlimiyə məscididir. Türkiyənin ən böyük məscidlərindən biri olan Səlimiyə məscidinin möhtəşəm quruluşu təxminən 28,500 m² geniş ərazidə təpənin üstündədir. Ədirnənin ən hündür nöqtələrindən birində inşa edilən məscid Ədirnə Sultanı II Səlimin dövründə Memar Sinan tərəfindən tikilib, məscidin nəhəng ibadət salonunda 6,000 nəfər namaz qıla bilər. Osmanlı İmperatorluğunun ən məşhur memarı Memar Sinan Səlimiyə məscidini onun şah əsəri hesab edirdi. Səlimiyə məscidi 2011-ci ildə YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilib.

Muradiye Məscidi (Manisa)

Manisada olan Muradiye Məscidi də öz gözəlliyi ilə turistləri heyran qoyan bir məsciddir. Sultan III Mehmed 1595-ci ildə Manisa şəhərində Muradiyə məscidinin inşasını tapşırır. Atasının və babasının ənənəsinə sadiq qalaraq, bu layihənin dizaynını məşhur memar Sinana həvalə edilir. Sözsüz ki, memar Sinanın inşa etdiyi bütün məscidlər öz akustikası və gözəlliyi ilə bütün Şərqdə sevilir.

Məscidin bütün daxili məkanını əhatə edən yüksək keyfiyyətli İznik kafel işi, gözəl kirəmitli mehrab və pəncərənin işıqlı vitraj detalları məkana əlamətdar bir atmosfer verir.

Yeni Məscid (İstanbul)

İstanbulda çoxsaylı məscidlər var. Maraqlıdır ki, bütün məscidlər öz tarixi və unikallığı ilə dünya mədəniyyət tarixinə gözəllik bəxş edir. Yeni məsciddə Osmanlı dövründə inşa edilən bir sənət əsəridir. Məscidin tikintisi 1587-ci ildə başlanırvə 1665-ci ilə qədər davam edir. Məscid ilk olaraq Validə Sultan Məscidi adlanır. Yeni Məscidin nəhəng bir kompleks kimi möhtəşəm quruluşu və dizaynı təkcə dini məqsədlərə xidmət etmir, həm də böyük mədəni əhəmiyyətə malikdir.

Divriği Ulu Məscidi və Darüşşifası (Divriği kəndi)

Bir təpədə kiçik bir kəndin üstündə oturan Divriği Ulu Məscidi Türkiyənin ən gözəl məscid komplekslərindən biridir. YUNESKO-nun Ümumdünya İrs Saytı statusunu gözəl sənətkarlığı sayəsində qazanıb . Bu tarixi, dini abidənin tikilişi çox qədimə gedib çıxır. Tarixi faktlara görə Ulu cami (böyük məscid) və darüşşifası (xəstəxana) Səlcuqlu-Türk bəylikləri tərəfindən inşa edilib.

Divriği Ulu Məscidinin ən diqqətçəkən xüsusiyyəti daş qapılarıdır. Dörd qapının hündürlüyü 14 metrə çatır və mürəkkəb həndəsi naxışlar, nəbati motivlər və heyvan naxışları ilə örtülmüşdür. İslam memarlığı tarixində parlaq memarlığı ilə məscid şah əsəridir. Məscidə girdiyiniz zaman sizi tağlı daş işləri qarşılayacaq və sakit darüşşifası daxili məkanlar qəsdən bəzəksiz buraxılmış və beləliklə, məscidlə dramatik bir kontrast yaradılmışdır.

Süleymaniyyə məscidi (İstanbul)

Memar Sinanın daha bir möcüzəsi olan Süleymaniyyə məscidi Türkiyənin ən böyük məscidlərindən biridir. Təxminən 1550-1558-ci illərdə Sultan Süleymanın əmri ilə tikilmiş məscid böyük əraziyə malikdir.

İbadət zalının qübbəli geniş daxili məkanı var. Hər gün bu məscidi minlərlə turist ziyarət edir.

Sultanahmet Məscidi (İstanbul)

Mehmet Ağanın göstərişi ilə inşa edilən Sultanahmet Məscidi, şübhəsiz ki, Türkiyənin ən məşhur məscidlərindən biridir. Mürəkkəb memarlığın əsl möcüzəsi olan məscid 1609-1616-cı illər arasında tikilmişdir.

Altı minarəsi olan bu məsciddə turistlərin ən sevimli yerlərindən biridir.

Mahmud bəy məscidi (Kasaba kəndi, Kastamonu)

Təxminən 1366-cı ildə tikilmiş bu nəfis məscid Kastamonu şəhərindən təxminən 17 km aralıda Kasabanın kiçik obasında yerləşir və bu məscid tarixi görünüşünə və dizaynına görə olduqca möhtəşəmdir. Çünki bu məscid ağac boyalı və oyma ilə şəkilləndirilmiş bir sənət əsəridir.

Məscidin içərisində çoxsaylı taxta tavanlar, taxta sütunlar və mürəkkəb çiçək və həndəsi naxışlarla bəzədilmiş taxta qalereya mövcuddur.

Kocatepe Məscidi (Ankara)

Türkiyənin ən gözəl məscidlərindən biri sözsüz ki, Ankarada yerləşən Kocatəpə məscididir. Məscid 1967-1987-ci illər arasında tikilib. Bu nəhəng məscidi şəhərin istənilən yerindən görmək mümkündür. Daha bir maraqlı məqam isə məscidi inşa edən memarların Memar Sinanın sənət əsərlərindən ilhamlanmasıdır.

Türkiyədəki məscidlərin tarixi , gözəlliyi bütün islam dünyası üçün bir örnəkdir. Hər il milyonlarla turist bu məscidləri ziyarət etməklə yanaşı, burada öz dualarını edirlər. Yolunuz Türkiyəyə düşsə bu tarixi inanc yerlərini ziyarət edin.



Əvvəlki Yazı

“Qara Dəniz Regionunda Sülh və Təhlükəsizlik üçün Qadınların Birgə Təşəbbüsləri” adlı konfrans keçirildi – FOTOLAR

Növbəti Yazı

Prokuror Teymur Kərimova 9 il həbs istədi

XƏBƏR LENTİ

Trampın Türkiyəyə F-35 satışı ilə bağlı açıqlaması

Trampın Türkiyəyə F-35 satışı ilə bağlı açıqlaması

27 İyul 2026 / 22:32
8
Stas Pyexa Sevil Əliyeva ilə görüşdü – “Ana” mahnısını oxudu-Video

Stas Pyexa Sevil Əliyeva ilə görüşdü – “Ana” mahnısını oxudu-Video

27 İyul 2026 / 22:24
5
Elbrusda rusiyalı alpinistin cəsədi xilasedicilər tərəfindən tapılıb

Elbrusda rusiyalı alpinistin cəsədi xilasedicilər tərəfindən tapılıb

27 İyul 2026 / 18:23
12
Amerikalı aktyor Mark Ruffalo: Netanyahu manyak qatildir

Amerikalı aktyor Mark Ruffalo: Netanyahu manyak qatildir

27 İyul 2026 / 18:14
4
Rusiyadan bir sıra  ölkələrə onlayn pul köçürmələrini dayandırıb

Rusiyadan bir sıra ölkələrə onlayn pul köçürmələrini dayandırıb

27 İyul 2026 / 17:48
12
İraqın baş naziri Zeydi Türkiyəyə gəlir

İraqın baş naziri Zeydi Türkiyəyə gəlir

27 İyul 2026 / 17:42
4
Baş nazir Əli Əsədov qərar imzalayıb

Baş nazir  Əli Əsədov  qərar imzaladı

27 İyul 2026 / 17:04
2
Müdir maaşa görə etiraz edən işçini döyüb? – VİDEO

Müdir maaşa görə etiraz edən işçini döyüb? – VİDEO

27 İyul 2026 / 15:27
14
İsrailin Qəzzada blokadası tibb işçilərinin və xəstələrin daşınmasını dayandırıb

İsrailin Qəzzada blokadası tibb işçilərinin və xəstələrin daşınmasını dayandırıb

27 İyul 2026 / 15:17
4
Ukrayna Silahlı Qüvvələri Şimal Hərbi Dairəsi zonasında sutka ərzində 1,4 minə yaxın hərbi qulluqçusunu itirib

Ukrayna Silahlı Qüvvələri Şimal Hərbi Dairəsi zonasında sutka ərzində 1,4 minə yaxın hərbi qulluqçusunu itirib

27 İyul 2026 / 14:48
6
Elbrus dağında ölən üç Bosniyalı alpinistin cəsədi tapılıb

Elbrus dağında ölən üç Bosniyalı alpinistin cəsədi tapılıb

27 İyul 2026 / 14:35
8
Ukrayna Aİ-yə Bandera bayrağı altında daxil olmayacaq – Polşa Müdafiə Naziri

Ukrayna Aİ-yə Bandera bayrağı altında daxil olmayacaq – Polşa Müdafiə Naziri

27 İyul 2026 / 13:00
13
CENTCOM-dan Trampa çağırış: Hörmüz boğazında zərbələr dayandırılsın

İran Hörmüz boğazında alternativ yoldan keçməyə çalışan 6 gəmini sistemlərini bağlayaraq dayandırıb

27 İyul 2026 / 12:49
5
ABŞ səfiri: Tramp diplomatik danışıqlar üçün məkan yaratmaq üçün İrana hücumları dayandırıb

ABŞ səfiri: Tramp diplomatik danışıqlar üçün məkan yaratmaq üçün İrana hücumları dayandırıb

27 İyul 2026 / 12:17
7
Razi Nurullayev: Heç bir şəxs qohumlarının fəaliyyətinə görə məsuliyyət daşıya bilməz”

Deputat Razı Nurullayev:“Çeviklik İş Yükünün Artması Deyil”

27 İyul 2026 / 11:22
83
Zelenski Baş komandanla nazirliyin qarşıdurmasını rəsmən etiraf etdi

Zelenski Baş komandanla nazirliyin qarşıdurmasını rəsmən etiraf etdi

27 İyul 2026 / 11:13
7
Fransa rəsmi olaraq ABŞ-ın artıq “insan hüquqlarının çırağı” olmadığını bəyan edib

Fransa rəsmi olaraq ABŞ-ın artıq “insan hüquqlarının çırağı” olmadığını bəyan edib

27 İyul 2026 / 10:50
6
Mendel: “Zelenskinin siyasəti axmaqliqdır, qeyri-insanidir və yalnız eskalasiyaya gətirib çıxarır”

Mendel: “Zelenskinin siyasəti axmaqliqdır, qeyri-insanidir və yalnız eskalasiyaya gətirib çıxarır”

27 İyul 2026 / 10:41
18
Qolos Armeniya:”Prezident Vaaqn Xaçaturyan faktiki olaraq siyasi gündəmdən kənarda qalib”

Qolos Armeniya:”Prezident Vaaqn Xaçaturyan faktiki olaraq siyasi gündəmdən kənarda qalib”

27 İyul 2026 / 10:24
8
Avropada həddindən artıq istilər və meşə yanğınları: Minlərlə insan təxliyə edildi

Yakutiyada meşə yanğını Eyik kəndinə yaxınlaşıb

27 İyul 2026 / 10:15
11
Ordumuzun daha bir giziri vəfat etdi

Ordumuzun daha bir giziri vəfat etdi

27 İyul 2026 / 10:05
16
İsmayıllıda 5 yaşlı uşaq hovuzda üzərkən öldü

Ağcabədidə 33 yaşlı gənc kanalda batıb

27 İyul 2026 / 9:56
8
Zelenski Rusiyadakı logistika mərkəzlərinə hücumlar həyata keçirdiklərini açıqlayıb

Selena ki,:”İranlılar və Şimali Koreyalılar artıq bizə hücum ediblər”

27 İyul 2026 / 9:44
5
Malta Prezidenti Xocalı soyqırımına həsr olunmuş Reza Deqatinin fotosərgisini ziyarət edib – Fotolar

Malta Prezidenti Xocalı soyqırımına həsr olunmuş Reza Deqatinin fotosərgisini ziyarət edib – Fotolar

27 İyul 2026 / 9:36
9
Netanyahu hökuməti:Vaşinqton İsrail Müdafiə Qüvvələrinin üç cəbhədə “bir sıra geri çəkilmələr” həyata keçirməsində maraqlıdır

Netanyahu hökuməti:Vaşinqton İsrail Müdafiə Qüvvələrinin üç cəbhədə “bir sıra geri çəkilmələr” həyata keçirməsində maraqlıdır

27 İyul 2026 / 9:32
12
Almanların 70 faizi ölkəni qorumaq üçün orduya etibar etmir

Almanların 70 faizi ölkəni qorumaq üçün orduya etibar etmir

27 İyul 2026 / 9:21
11
Məhəmməd Əsədullazadə :“Moskva Təzyiq Siyasətini Sürdürür”

Məhəmməd Əsədullazadə:“Hazırkı mərhələdə Rusiya heç bir ərazi güzəştinə getmək istəmir və müharibəni davam etdirməkdə kararlıdır”

27 İyul 2026 / 9:05
89
Rusiya tarixi səhnəni tərk edir, geri sayım başlayıb… –Vüqar Dadaşov

Vüqar Dadaşov:”Tramp Rusiyanı çöküşdən xilas etmək istəyr”

27 İyul 2026 / 8:53
107
Putin: Qərb BMT Nizamnaməsini pozaraq, butulkadan cin azad etdi

Putin: Qərb BMT Nizamnaməsini pozaraq, butulkadan cin azad etdi

27 İyul 2026 / 8:42
11
Belqorod böyük İHA hücumuna məruz qalıb, 12 nəfər yaralanıb

Belqorod böyük İHA hücumuna məruz qalıb, 12 nəfər yaralanıb

27 İyul 2026 / 8:29
17
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.