Dünya

Tramp: Kifayət qədər sursat var

4 Sentyabr 2026, 01:0911
Reklam728x90
Reklam320x100

 

ABŞ prezidenti Donald Tramp, “Bizim İrana qarşı istifadə olunacaq kifayət qədər orta və keyfiyyətli sursatımız var” deyib.

Avropa.info xəbər verir ki, ABŞ prezidenti Donald Tramp virtual media hesabından Amerika mediasında ABŞ ordusunda kifayət qədər silah-sursat qalmadığını iddia edən xəbərlərə cavab verib.

Sözügedən xəbəri yayan jurnalistlərin vətən xaini olduğunu iddia edən Tramp, “Bizim bu əməliyyatda və ya başqa bir müharibədə istifadə edə biləcəyimizdən çox, demək olar ki, qeyri-məhdud orta və yüksək keyfiyyətli sursatımız var” dedi.

Ordu üçün yeni sursat istehsalının intensiv şəkildə davam etdiyini qeyd edən Tramp, silah və sursat ehtiyatlarında problem olmadığını müdafiə edib.

Tramp ABŞ-ın keçmiş prezidenti Co Bayden dövründə başda Ukrayna və bəzi NATO ölkələrinə yüz milyardlarla dollar dəyərində silah və sursatın pulsuz göndərildiyini vurğulayaraq, “Ancaq bir az gec də olsa, bu pulu tələb edəcəyik” dedi.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600