Dünya

Tiflisdə etirazçılar canlı yayım tələbi ilə ölkənin İctimai Televiziyasının binasına axın edib

30 Noyabr 2024, 20:318
Reklam728x90
Reklam320x100

Tiflisdə etirazçılar canlı yayım tələbi ilə ölkənin İctimai Televiziyasının binasına axın edib.

Avrops.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Etirazçılar, o cümlədən tanınmış ictimai xadimlər bildiriblər ki, İTV dövlət büdcəsindən maliyyələşir və ona görə də telekanal xüsusən də bir neçə gündür ölkədə keçirilən mitinqlərlə bağlı xəbərləri qərəzsiz olaraq yayımlamalıdır.

Artıq kanal rəhbərliyi onlarla görüşüb, bir neçə saatdan sonra canlı yayımı təmin edəcəyinə söz verib. Etirazçılar bununla razılaşaraq, binanın həyətində gözləyirlər.

Hökumət əleyhinə əsas mitinq isə Rustaveli prospektində, parlament binasının yaxınlığında planlaşdırılır. Artıq insanlar parlament binasına yaxınlaşırlar. Oraya əlavə polis dəstələri yerləşdirilib.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600