Gündəm

“Təyyarə qəzasının baş vermə səbəbləri ilə bağlı hər hansı fərziyyə irəli sürmək düzgün deyil”-Peskov

26 Dekabr 2024, 13:3712
Reklam728x90
Reklam320x100

“İstintaq yekunlaşmadan Aktau yaxınlığındakı təyyarə qəzasının baş vermə səbəbləri ilə bağlı hər hansı fərziyyə irəli sürmək düzgün deyil”.

Avropa .info xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı danışarkən deyib.

O, qəza ilə bağlı araşdırmanı sonuna qədər gözləməyi tövsiyə edib.

Qeyd edək ki, qəza zamanı təyyarənin göyərtəsində 62 sərnişin olub. Onlardan 37 nəfər Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşıdır.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600