Hadisə

Sumqayıtda avtomobil yanaraq yararsız hala düşüb

25 Yanvar 2025, 14:2415
Reklam728x90
Reklam320x100

Sumqayıt şəhərində “Opel” markalı avtomobil tamamilə yanıb.

Avropa.info xəbər verir ki, hadisə şəhərin 15-ci məhəlləsində qeydə alınıb.

Belə ki, 1980-ci il təvəllüdlü İlhamə Tahir qızı Məlikovaya məxsus avtomobil anidən yanıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğın söndürülüb, ətrafdakı maşınlara və tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600