05 - 08 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Cəmiyyət

Oğuzda tolerantlıq və multikulturalizm dəyərləri müzakirə olundu – FOTOLAR

İyun 17, 2026
Cəmiyyət
A A

İyunun 11-də Oğuz rayon İcra Hakimiyyətinin konfrans zalında Media və Mülki Cəmiyyət İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Sabitlik adası: tolerant və multikultural Azərbaycan” layihəsi çərçivəsində ictimai müzakirə təşkil olunub.

Avropa.info xəbər verir ki, tədbiri giriş sözü ilə açan Oğuz rayon İcra Hakimiyyəti başçısının müavini Aliyə Osmanova iştirakçıları salamlayaraq belə mühüm mövzu ətrafında Oğuzda keçirilən tədbirin əhəmiyyətini vurğuladı.

Aliyə xanım qeyd etdi ki, layihə Azərbaycanın əsrlər boyu formalaşmış tolerantlıq, multikulturalizm və birgəyaşayış ənənələrinin daha geniş şəkildə təbliği, eləcə də bu dəyərlərin gələcək nəsillərə çatdırılması baxımından xüsusi önəm daşıyır.

O bildirdi ki, Azərbaycan tarixən müxtəlif dinlərin, millətlərin və mədəniyyətlərin nümayəndələrinin qarşılıqlı hörmət, etimad və anlaşma şəraitində yaşadığı nadir ölkələrdən biridir. Bu ənənələr bu gün də uğurla davam etdirilir və dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.

İcra başçısının müavini vurğuladı ki, Oğuz rayonu da ölkəmizin multikultural dəyərlərinin canlı şəkildə yaşadıldığı bölgələrdəndir. Rayon ərazisində müxtəlif etnik və dini icmaların nümayəndələri uzun illərdir mehriban qonşuluq və qarşılıqlı hörmət şəraitində yaşayır, bu da Azərbaycanın zəngin mənəvi irsinin mühüm göstəricilərindən biridir.

Aliyə xanım Osmanovanın sözlərinə görə, gənclər başda olmaqla cəmiyyətin bütün təbəqələrində milli-mənəvi dəyərlərə bağlılığın möhkəmləndirilməsi, sağlam dini düşüncənin təşviqi və zərərli ideoloji təsirlərə qarşı maarifləndirmə işinin genişləndirilməsi bu cür təşəbbüslərin əsas istiqamətlərindəndir.

“İnanırıq ki, belə layihələr ictimai dialoqun inkişafına, müxtəlif dini icmalar arasında əməkdaşlığın daha da möhkəmlənməsinə, cəmiyyətimizdə həmrəyliyin və sabitliyin güclənməsinə mühüm töhfə verəcək. Azərbaycanın tolerantlıq modeli bundan sonra da dünyaya nümunə olacaq”, – deyə Aliyə Osmanova bildirib.

Sonra Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri, layihə rəhbəri Xanoğlan Əhmədov layihənin məqsəd və vəzifələri barədə iştirakçılara məlumat verib. O bildirib ki, belə təşəbbüslər cəmiyyətdə qarşılıqlı hörmət, dözümlülük və birgəyaşayış ənənələrinin möhkəmlənməsinə, müxtəlif sosial qruplar arasında dialoqun inkişafına mühüm töhfə verir.

Tədbirdə ilahiyyatçı, jurnalist-publisist Rəsul Mirhəşimli mövzu ilə bağlı məruzə ilə çıxış edib. Məruzəçi vurğulayıb ki, Azərbaycan tarixən müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrinin birgə və qarşılıqlı hörmət şəraitində yaşadığı ölkə olub. Ölkəmizdə fərqli xalqların nümayəndələri öz adət-ənənələrini qoruyub saxlayaraq cəmiyyətin ayrılmaz hissəsinə çevriliblər. Eyni zamanda müxtəlif dini inanclara malik insanlar arasında qarşılıqlı anlaşma və hörmət münasibətləri mövcuddur. Bu, xalqımızın əsrlər boyu formalaşmış tolerant və multikultural dəyərlərinin nəticəsidir: “Lakin bir müddət əvvəl Yaxın Şərqdə baş verən münaqişələr bəzi insanların radikal dini qrupların təsiri altına düşməsinə səbəb olub. Nəticədə Azərbaycandan da müəyyən şəxslər Suriya və İraqda fəaliyyət göstərən terrorçu qruplaşmalara qoşulmuşdular. Bu halların əsas səbəblərindən biri həmin insanların dinin əsl mahiyyətini kifayət qədər bilməmələri və radikal ideologiyaların təsirinə məruz qalmaları idi.

Bu baxımdan Azərbaycanın tarix boyu sadiq qaldığı tolerantlıq və multikulturalizm ənənələri xüsusi əhəmiyyət daşıyır. Cəmiyyətimizdə qarşılıqlı hörmət, birlik və həmrəylik mühitinin qorunması gələcəkdə belə təhlükələrin qarşısının alınmasına kömək edə bilər”. Məruzəçi onu da qeyd edib ki, müxtəlif dinlərin və millətlərin nümayəndələrinin birgə, sülh və qarşılıqlı hörmət şəraitində yaşaması Azərbaycan xalqının böyüklüyünün, yüksək mənəvi dəyərlərinin və zəngin mədəniyyətinin göstəricisidir. Bu dəyərləri qorumaq və gələcək nəsillərə ötürmək hər birimizin vətəndaşlıq borcudur.

Tədbirdə çıxış edən AYB və Jurnalistlər Birliyinin üzvü, “Oğuz xəbərləri” qəzetinin redaktoru Nazim Hüseynli qeyd edib ki, Azərbaycan və onun qədim diyarlarından biri olan indiki Oğuz rayonunun ərazisi qədim zamanlardan müxtəlif etnosların mehriban yaşadığı bir yer olmuşdur.

Tarixən əhalisinin milli və dini müxtəlifliyi ilə fərqlənən, türklərin, ləzgilərin, udinlərin, yəhudilərin   və  digər  xalqların  nümayəndələrinin  birgə    yaşadıqları Oğuz rayonu əhalisi  yadellilərin, düşmənlərin  soyqırımlarına birgə məruz qalmışlar. Tarixi  mənbələrdə  1918-ci  ildə  ermənilərin  yerli  əhaliyə  qarşı  silahlı hücumları nəticəsində Azərbaycan türkləri ilə yanaşı digər xalqların nümayəndələrinin də soyğırımına uğramaları barədə     faktlar  vardır.  Məsələn, Vartaşendə  (Oğuz)  yaşayan  yəhudilər  də  1918-ci ildə  ermənilərin  yerli  xalqlara  qarşı  həyata keçirdikləri soyqırımların hədəfi olmuş və  bu səbəbdən də  onların  bir hissəsi o vaxt Gəncə və Tiflisə köçmüşdür. Onun sözlərinə görə, mənbələrdə göstərilir ki, Ame­ri­ka və Av­ro­pa­dan o vaxt üçün ən müasir texnikaları bu zonaya ilkin olaraq gətirib yaxşı təsərrüfat quran iş adamı Qərib Məhəmmədkərin oğlu aclıq illərində milliyətinə, dininə fərq qoymadan əziyyət çəkən bütün insanlara yardım göstəririr.  Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü olmuş  bu varlı insanı tut­maq üçün So­vet­lər dö­nə­min­də Pa­da­r kəndinə silahlı  adam­lar gön­də­ri­lir. Xə­bər il­dı­rım sü­rə­tiy­lə böl­gə­yə ya­yı­lır. Ətraf kəndlərdə yaşayan,  müxtəlif millətləri təmsil edən yüz­lər­cə in­san bu­nu eşi­dib    Pa­da­ra gəlir. Mü­səl­man­lar­la ya­na­şı baş­qa mil­lət­lə­rin nü­ma­yən­də­lə­ri də, xü­su­sən Var­ta­şen (indiki Oğuz şəhəri) yə­hu­di­lə­ri si­nə­lə­ri­ni qa­ba­ğa ve­rə­rək onu si­lah­lı­lar­dan qo­ru­yur­lar. De­yir­lər ki, ac­lıq vax­tın­da bu ki­şi bi­zi qı­rıl­maq­dan qur­ta­rıb, in­di  biz onu heç kə­sin əli­nə ver­mə­rik. Onlar  Qə­rib yüz­ba­şı­nın hə­yə­ti­nin ət­ra­fı­na can­lı çə­pər çə­kir və si­lah­lı­la­rın içə­ri gir­mə­si­nə im­kan ver­mir­lər. Müxtəlif millətlərin nümayəndələrinin  “mü­sa­vat­çı”, “is­tis­mar­çı”  siyahısında olan bu  “qol­ço­ma­ğı” be­lə qə­tiy­yət­lə mü­da­fiə et­mə­si bol­şe­vik­lə­ri əməl­li-baş­lı çaş­dı­rır və on­lar əli­boş ge­ri qa­yıt­ma­lı olur­lar… Qə­rib yüz­ba­şı da ha­ki­miy­yət­lə kəl­lə-kəl­lə­yə gəl­mə­yin mə­na­sız ol­du­ğu­nu an­la­yıb, hə­lə kol­xoz­laş­ma baş­la­ma­dı­ğı bir vaxt­da əm­la­kı­nı, Ame­ri­ka və Av­ro­pa­dan gə­tir­di­yi bü­tün tex­ni­ka­sı­nı kö­nül­lü ola­raq ye­ni ha­ki­miy­yə­tə ba­ğış­la­yır. La­kin ət­ra­fın­da baş ve­rən ha­di­sə­lə­rə döz­mə­yən, sar­sın­tı­lar ke­çi­rən Qə­rib Məhəmmədd­kə­rim oğ­lu 1926-cı ilin 9 okt­yab­rın­da  56 ya­şın­da ürək tut­ma­sın­dan və­fat edir. Həmyеr­li­miz, tarix elmləri doktoru, prоfеssоr İsrafil İsmа­yılоvun 1981-ci il­də nəşr еtdir­di­yi “15 mil­lə­ti təm­sil еdən rаyоn” kitа­bı əsа­sındа hə­min il rаyоndа еlmi-prаkti­ki kоnfrаns kеçi­ril­miş­dir. Rayonda keçirilən bayramlarda, müxtəlif tədbirlərdə ayrı-seçkilik qoyulmadan daim  bütün xalqların və etnik qrupların nümayəndələri təmsil olunurlar, iştiirak edirlər. Tarix boyu olduğu kimi bu gün də  ölkəmizin  hər yerində, eləcə də  Oğuz rayonunda   müsəlmanlar, xiristianlar, yəhudilər, bir çox millətlərin, xalqların, etnik qrupların nümayəndələri Azərbaycan dövlətinin bərabər hüquqlu vətəndaşları olaraq mehriban bir ailənin üzvləri kimi qarşılıqlı hörmət mühitində yaşayır və fəaliyyət göstərirlər, xeyirdə və şərdə bir-birinin yanında olurlar. Hazırda rayonda fəaliyyət göstərən 12 di­ni ic­ma­nın 9-u is­lam tə­ma­yül­lü, 1-i  al­ban udi ic­ma­sı, 2-si Oğuz yə­hu­di ic­ma­sı­dır.  Onların qanunauyğun, normal fəaliyyəti üçün lazımı şərait yaradılmışdır və dövlət tərəfindən hər birinə lazımı köməkliklər göstərilir. Oğuz rayonunun müxtəlif millətlərdən və etnik qruplardan ibarət əhalisi 44 günlük Vətən müharibəsində yüksək milli birlik və həmrəylik nümayiş etdirmişdir.

Rayonda birgə yaşayan azərbaycanlılar, ləzgilər, udinlər, yəhudilər, avarlar və digər xalqların nümayəndələri çiyin-çiyinə döyüşərək tarixi qələbəmizə öz töhfələrini vermiş, şəhidlik zirvəsinə ucalmış və qazi olmuşlar. Azərbaycan xalqının  erməni millətçilərinin soyqırımı və  etnik  təmizləmə siyasətinə qarşı 200 illik mübarizəsi 2023-cü ildə qazanılmış zəfərlə başa çatmış, ölkəmizdə yaşayan bütün millət və xalqlar Azərbaycan dövləti, Azərbaycan bayrağı ətrafında birləşərək  yeni dövrə əminamanlıq, sülh və yüksəliş dövrünə  qədəm qoymuşlar.

Oğuz Yəhudi Dini İcmasının sədri Şirin Şuminov öz çıxışında Azərbaycanda əsrlər boyu formalaşmış multikultural mühitin və dini həmrəyliyin ölkənin ən böyük mənəvi sərvətlərindən biri olduğunu bildirib.

Ş.Şuminov qeyd edib ki, Azərbaycan tarixən müxtəlif xalqların, dinlərin və mədəniyyətlərin nümayəndələrinin sülh, qarşılıqlı hörmət və etimad şəraitində yaşadığı ölkə kimi tanınıb. Onun sözlərinə görə, bu ənənələr bu gün də uğurla davam etdirilir və ölkəmizin tolerantlıq modeli beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. “Azərbaycan tarixən multikultural dəyərlərin yaşadıldığı bir məkan olub. Oğuz rayonu da bu baxımdan ölkəmizin ən gözəl nümunələrindən biridir. Burada müxtəlif xalqların və dinlərin nümayəndələri uzun illərdir ki, mehriban qonşuluq şəraitində yaşayır, bir-birinin adət-ənənələrinə hörmətlə yanaşırlar. İnsanlar arasında qarşılıqlı anlaşma və dostluq münasibətləri cəmiyyətimizin əsas dəyərlərindən biridir”, – deyə o vurğulayıb. İcma sədri bildirib ki, Azərbaycanda dini etiqad azadlığının təmin olunması, milli azlıqların hüquqlarının qorunması və onların mədəni irsinin yaşadılması istiqamətində ardıcıl dövlət siyasəti həyata keçirilir. Bu siyasət nəticəsində ölkədə fəaliyyət göstərən dini icmalar öz fəaliyyətlərini sərbəst şəkildə qurur, mədəni və dini dəyərlərini qoruyub inkişaf etdirə bilirlər. Şirin Şamilov vurğulayıb ki, Azərbaycanda mövcud olan multikultural və tolerant mühit dünyanın bir çox ölkələri üçün nümunə sayıla bilər. O, dövlət tərəfindən milli və dini müxtəlifliyin qorunmasına göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edərək bildirib ki, bu siyasət ölkədə sabitliyin, həmrəyliyin və qarşılıqlı etimadın möhkəmlənməsinə mühüm töhfə verir. Çıxışının sonunda Ş.Şuminov belə maarifləndirici tədbirlərin cəmiyyətdə multikultural dəyərlərin təbliği, xalqlar və dini icmalar arasında qarşılıqlı anlaşmanın daha da gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-tədqiqatçı Yusif Rzayev Oğuz rayonunun ölkəmizdə multikulturalizm və tolerantlıq dəyərlərinin yaşadıldığı mühüm məkanlardan biri olduğunu vurğulayıb.

Y.Rzayev bildirib ki, layihənin həyata keçirilməsi üçün Oğuz rayonunun seçilməsi olduqca uğurlu qərardır. Onun sözlərinə görə, Oğuz əsrlər boyu müxtəlif dinlərin, mədəniyyətlərin və etnik qrupların sülh və qarşılıqlı hörmət şəraitində yaşadığı bölgələrdən biri kimi tanınır.

Şair-tədqiqatçı qeyd edib ki, o, Oğuzda yaşayan azsaylı xalqların tarixi, folkloru, adət-ənənələri və mədəni irsi ilə bağlı keçirilən iki beynəlxalq konfransda iştirak edib və bu tədbirlər zamanı bölgənin zəngin multikultural mühiti ilə yaxından tanış olmaq imkanı qazanıb.

“Burada əsrlər boyu məscidlər, sinaqoqlar və kilsələr yanaşı fəaliyyət göstərib. Bu fakt Oğuzun tolerantlıq ənənələrinin nə qədər qədim köklərə malik olduğunu göstərir. Rayon sakinləri müxtəlif milli və dini mənsubiyyətlərinə baxmayaraq, hər zaman mehriban qonşuluq münasibətləri saxlayıblar. İnsanlar bir-birinə “can” deyib, “can” eşidən, xeyirdə də, şərdə də, bayramlarda da bir araya gələn insanlardır”, – deyə Y.Rzayev vurğulayıb.

O bildirib ki, Azərbaycan cəmiyyətində formalaşmış qarşılıqlı hörmət və etimad mühiti milli-mənəvi dəyərlərimizin gücünü nümayiş etdirir. Bu ənənələrin qorunub saxlanılması və inkişaf etdirilməsi isə dövlətin həyata keçirdiyi uğurlu multikulturalizm və dini həmrəylik siyasətinin nəticəsidir.

Yusif Rzayev çıxışının sonunda qeyd edib ki, Oğuz rayonunun timsalında Azərbaycanın tolerantlıq modeli bu gün dünyaya nümunə göstərilə biləcək dəyərlər sistemidir və belə layihələr gənc nəslin milli-mənəvi dəyərlərə bağlı ruhda yetişməsinə mühüm töhfə verir.

Oğuz Alban-udi Xristian dini icmasının sədri Svetlana Ağababayeva çıxışında Azərbaycanda hökm sürən tolerantlıq və qarşılıqlı hörmət mühitindən bəhs edib.

O bildirib ki, həyat yoldaşı rus millətindəndir, hər iki oğlu isə Rusiyada ali təhsil alıb. Təhsillərini başa vurduqdan sonra onlara Rusiyada qalıb yaşamağı təklif etsə də, oğulları bu təkliflə razılaşmayıblar:

“Dedim ki, Rusiyada ruslar çoxdur, orada yaşaya bilərsiniz. Amma onlar etiraz etdilər və bildirdilər ki, bizim vətənimiz Azərbaycandır. Biz burada doğulmuşuq, burada böyümüşük və həyatımızı da burada qurmaq istəyirik. Nəticədə hər ikisi Azərbaycana qayıtdı və hazırda Bakıda yaşayırlar”.

Svetlana Ağababayeva qeyd edib ki, Azərbaycanda yaşayan bütün xalqlar və dini icmalar arasında mehriban münasibətlər mövcuddur. O, uzun illər birlikdə çalışdığı Sevda adlı azərbaycanlı həmkarını da xatırlayaraq deyib:

“Sevda valideynlərini erkən yaşda itirmişdi. İş yoldaşım idi. İnsanlar tez-tez ondan soruşurdular ki, Sveta ilə münasibətin necədir. O isə deyirdi ki, Sveta mənə doğma insan kimi qayğı göstərib. Mən də hər yerdə onu böyük qızım, bacım kimi təqdim edirdim. Təxminən 20 il ona mənəvi dəstək olmuşam. Təəssüf ki, Sevda 50 yaşında dünyasını dəyişdi”.

İcma sədri vurğulayıb ki, sayca az olmalarına baxmayaraq, özlərini Azərbaycanda doğmaları arasında hiss edirlər: “Biz heç vaxt özümüzü yad hesab etməmişik. Əksinə, hər zaman diqqət və qayğı ilə əhatə olunmuşuq. Buna görə dövlətimizə və Prezidentimizə dərin minnətdarlığımızı bildiririk”.

Layihənin eksperti, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Qədim Qubadov çıxışında Azərbaycanda tolerantlıq və multikulturalizm dəyərlərinin qorunmasının vacibliyini vurğulayıb.

O qeyd edib ki, əsrlər boyu müxtəlif xalqların, dinlərin və mədəniyyətlərin nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşadığı Azərbaycan bu gün də dünyaya nümunə olan multikultural mühitini uğurla qoruyub saxlayır. Q.Qubadov bildirib ki, Oğuz rayonu ölkəmizdə etnik və dini müxtəlifliyin harmonik şəkildə yaşadığı bölgələrdən biridir. Rayon ərazisində azərbaycanlılarla yanaşı, udilər, ruslar və digər xalqların nümayəndələri uzun illərdir mehriban qonşuluq şəraitində yaşayırlar. Oğuzda fəaliyyət göstərən dini icmalar, tarixi məbədlər və qorunub saxlanılan milli-mədəni ənənələr Azərbaycanın tolerantlıq modelinin canlı nümunəsidir. Ekspert vurğulayıb ki, dövlət tərəfindən multikultural dəyərlərin, dini etiqad azadlığının və milli azlıqların hüquqlarının qorunması cəmiyyətdə sabitliyin və həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verir. Onun sözlərinə görə, bu dəyərlərin gənc nəslə aşılanması və təbliği gələcəkdə də Azərbaycanın multikultural ənənələrinin yaşadılmasında mühüm rol oynayacaq.




Əvvəlki Yazı

Bakcell-in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb

Növbəti Yazı

Abdulla Şaiqin 145 illik yubileyi münasibətilə “Söz dünyasına səyahət” adlı tədbir keçirilib-Fotolar

XƏBƏR LENTİ

Qəzzada dağıntılar altından çıxarılan 112 fələstinli son səfərə yola salınıb

Qəzzada dağıntılar altından çıxarılan 112 fələstinli son səfərə yola salınıb

04 Avqust 2026 / 21:44
3
İran mətbuatı: İran və Oman arasında Hörmüz dəhlizi danışıqları yeni mərhələdədir

İran mətbuatı: İran və Oman arasında Hörmüz dəhlizi danışıqları yeni mərhələdədir

04 Avqust 2026 / 19:52
5
Lukaşenko dron əleyhinə güclü silah yaratmağı düşünür

Lukaşenko dron əleyhinə güclü silah yaratmağı düşünür

04 Avqust 2026 / 18:46
5
Britaniya parlamentində o qədər içirlər ki, mədələrini yumalı olurlar: İngiltərədə Vestminsterdə sərxoşluqdan dəhşətə gəlirlər

Britaniya parlamentində o qədər içirlər ki, mədələrini yumalı olurlar: İngiltərədə Vestminsterdə sərxoşluqdan dəhşətə gəlirlər

04 Avqust 2026 / 17:46
2
Mema: NATO Finlandiyanın icazəsi olmadan ölkədə nüvə silahı yerləşdirə bilər

Mema: NATO Finlandiyanın icazəsi olmadan ölkədə nüvə silahı yerləşdirə bilər

04 Avqust 2026 / 17:02
1
Hüseyn Həsənova 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub

Hüseyn Həsənova 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub

04 Avqust 2026 / 16:52
5
Qətər: ABŞ-İran gərginliyini azaltmaq üçün səylər davam edir, Hörmüz boğazının açılması prioritetlər sırasındadır

Qətər: ABŞ-İran gərginliyini azaltmaq üçün səylər davam edir, Hörmüz boğazının açılması prioritetlər sırasındadır

04 Avqust 2026 / 16:45
7
Bloomberg: Hörmüz boğazında gəmilərin hərəkəti demək olar ki, dayanıb

ABŞ Maliyyə Naziri Hörmüz boğazının açılması ilə bağlı bu gün və ya sabah razılaşmanın mümkünlüyünü bildirib

04 Avqust 2026 / 16:41
1
YÖK “COP31-in Akademik Səfiri” oldu

YÖK “COP31-in Akademik Səfiri” oldu

04 Avqust 2026 / 16:32
16
Vüqar Dadaşov: “İslamın Nüfuzunu Zədələyən Əsas Amil Dinin Siyasiləşdirilməsidir”

Vüqar Dadaşov:”SEPAH və teokratik rejim hakimiyyətdən getməyənə qədər İran bütün region üçün əsas təhdid mənbəyi olaraq qalacaq”

04 Avqust 2026 / 16:01
116
Gənclər Kitabxanasında Lətif Kərimovun yubileyinə həsr olunmuş elektron məlumat bazası hazırlanıb

Gənclər Kitabxanasında Lətif Kərimovun yubileyinə həsr olunmuş elektron məlumat bazası hazırlanıb

04 Avqust 2026 / 15:49
28
Ceyhun Yusifov:”Təəssüf ki, bir çox hallarda vətəndaşlar elementar yoxlama aparmadan pullarını tanımadıqları şəxslərə etibar edirlər”

Ceyhun Yusifov:”Təəssüf ki, bir çox hallarda vətəndaşlar elementar yoxlama aparmadan pullarını tanımadıqları şəxslərə etibar edirlər”

04 Avqust 2026 / 15:44
314
Fransa iyul ayında tarixinin ən isti ayını yaşadı

Fransa iyul ayında tarixinin ən isti ayını yaşadı

04 Avqust 2026 / 14:26
2
Bakda Xətai rayon ərazisində yol-nəqliyyat hadisəsi baş verib -Fotolar

Bakda Xətai rayon ərazisində yol-nəqliyyat hadisəsi baş verib -Fotolar

04 Avqust 2026 / 13:05
7
Razı Nurullayev:“Kənddə Yaşayan İnsana Dolanışıq Və İş Lazımdır”

Razi Nurullayev:“Dövlət Dili Uğrunda Mübarizə Və Tarixi Təşəkkül”

04 Avqust 2026 / 12:52
110
İran prezidenti Pezeşkian istefa verməsi ilə bağlı xəbərləri təkzib edib

İran prezidenti Pezeşkian istefa verməsi ilə bağlı xəbərləri təkzib edib

04 Avqust 2026 / 12:31
8
Hikmət Haciyev:”Türkiyənin maraqları Azərbaycan üçün hər zaman prioritet olub və bu məsələ bizim üçün həmişə qırmızı xətdir”

Hikmət Haciyev:”Türkiyənin maraqları Azərbaycan üçün hər zaman prioritet olub və bu məsələ bizim üçün həmişə qırmızı xətdir”

04 Avqust 2026 / 12:26
10
Hikmət Haciyev: “Qarabağ bölgəsində təxminən 60 min insan yaşayır”

Hikmət Haciyev: “Qarabağ bölgəsində təxminən 60 min insan yaşayır”

04 Avqust 2026 / 12:16
14
Bloomberg: Hörmüz boğazında gəmilərin hərəkəti demək olar ki, dayanıb

Bloomberg: Hörmüz boğazında gəmilərin hərəkəti demək olar ki, dayanıb

04 Avqust 2026 / 11:55
6
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et

Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et

04 Avqust 2026 / 11:41
3
Rusiyanın Rostov şəhərinə gecə hücumu nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb

Tramp:”Bu son şansınızdır”

04 Avqust 2026 / 11:29
6
Məhəmməd Əsədullazadə :“Moskva Təzyiq Siyasətini Sürdürür”

Məhəmməd Əsədullazadə:“Səfəvilər Tariximizdir Və İrsimizə Sahib Çıxmalıyıq”

04 Avqust 2026 / 11:14
65
Moskvada gələn yeniyetmələr dənizdə faciəvi şəkildə öldülər

Qardaşı ilə dənizdə batan Ruslanın da meyiti tapıldı

04 Avqust 2026 / 10:31
4
Cənubi Koreyada anomal istilər səbəbindən 16 nəfər ölüb

Cənubi Koreyada anomal istilər səbəbindən 16 nəfər ölüb

04 Avqust 2026 / 10:27
10
Rusiya hava hücumundan müdafiə sistemləri bir gecədə 320 Ukrayna pilotsuz təyyarəsini vurub

Rusiya hava hücumundan müdafiə sistemləri bir gecədə 320 Ukrayna pilotsuz təyyarəsini vurub

04 Avqust 2026 / 10:21
9
Yaponiyada zooparkda 3 şir həddindən artıq istilər səbəbindən ölüb

Yaponiyada zooparkda 3 şir həddindən artıq istilər səbəbindən ölüb

04 Avqust 2026 / 10:12
8
Fransada meşə yanğını İkinci Dünya Müharibəsindən qalma bombaları üzə çıxarır

Fransada meşə yanğını İkinci Dünya Müharibəsindən qalma bombaları üzə çıxarır

04 Avqust 2026 / 10:07
12
Hikmət Hacıyev TADİV nümayəndə heyətini ilə görüşüb-Foto

Hikmət Hacıyev TADİV nümayəndə heyətini ilə görüşüb-Foto

04 Avqust 2026 / 9:59
16
Bakınin Suraxanı rayonunda avtomobil neft quyusuna düşdü – VİDEO

Bakınin Suraxanı rayonunda avtomobil neft quyusuna düşdü – VİDEO

04 Avqust 2026 / 9:54
2
Adamda əkin sahələrini yandıran şəxs PUA vasitəsilə tutuldu

Adamda əkin sahələrini yandıran şəxs PUA vasitəsilə tutuldu

04 Avqust 2026 / 9:49
5
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.