Streamer Fasoollka təxribat xarakterli açıqlamalarına görə Qazaxıstandan qovulub
Qazaxıstan hakimiyyəti rusiyalı strimeri internetdəki qalmaqallı açıqlamalarına görə ölkədən çıxarmaq qərarına gəlib. Qızın növbəti 5 il ərzində ölkəyə girişi də qadağan edilib.
Avropa.info xəbər verir ki,bu barədə respublikanın paytaxtı Astana polis idarəsinin mətbuat xidməti məlumat yayıb.
Söhbət internetdə Fasoollka ləqəbi ilə tanınan blogger Kseniya Quzaevadan gedir. Twitch platformasında canlı yayımlar zamanı o, Pavlodar şəhərinin ərazi mənsubiyyətinə şübhə ilə yanaşmağa icazə verib, həmçinin Qazaxıstan xalqına qarşı kobud danışıb.
Polis Rusiya vətəndaşının respublika ərazisini tərk etdiyinə aydınlıq gətirib. Bundan əvvəl məhkəmə onu bu təxribat xarakterli və düzgün olmayan hərəkətlərinə görə inzibati məsuliyyətə cəlb edib.
Hüquq-mühafizə orqanları qanuna və ölkəyə hörmətin vətəndaşlığından asılı olmayaraq hər kəs üçün məcburi tələb olduğunu vurğulayıb. Rəsmi mesaja polis əməkdaşlarının strimeri təyyarəyə qədər müşayiət etdiyini göstərən videoyazı əlavə olunub.
Bir müddət əvvəl tamaşaçıların Gensuxa kimi tanıdığı digər məşhur rusiyalı yayımçı Natalya Berdnikova sərhəddəki xoşagəlməz vəziyyətdən danışıb. O, xarici hava limanlarından birində qaçaqmalçılıqda ittiham edildiyini və şəxsi axtarışın təxminən bir saat davam etdiyini və son dərəcə narahat olduğunu bildirdi.






























