Hadisə

Siyəzəndə 15 yaşlı qız dəm qazından boğularaq ölüb

16 Dekabr 2024, 07:4517
Reklam728x90
Reklam320x100

Siyəzəndə 15 yaşlı məktəbli dəm qazından zəhərlənərək ölüb.

Avropa .info “Unikal”a istinadən məlumat verir ki, hadisə Siyəzən şəhərində, M.Ə.Sabir küçəsində qeydə alınıb.

Belə ki, dəm qazından zəhərlənən 2009-cu il təvəllüdlü Gülər Seyfulla qızı Vəkilli Siyəzən Müalicə Mərkəzinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

G.Vəkillinin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu, həmin ailədə yaşanan ilk faciə deyil. Gülərin iki qardaşı 2014-cü ilin yayında Samur-Abşeron kanalında çimərkən boğulmuşdular. 12 yaşlı Rəvan və 13 yaşlı Elnur Zəkiyevin cəsədlərini axtarışlardan sonra tapmaq mümkün olmuşdu

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600