Dünya

Səudiyyə Ərəbistanının görməli yerləri Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan bayraqları ilə işıqlandırılıb

8 Avqust 2026, 10:3316
Reklam728x90
Reklam320x100

 

Üç ölkə arasında imzalanan “Məkkə Birgə Müdafiə Müqaviləsi” münasibəti ilə Səudiyyə Ərəbistanının müxtəlif şəhərlərindəki görməli yerlər və qüllələr Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan bayraqlarının rəngləri ilə işıqlandırılıb.

Avropa.info xəbər verir ki, Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-da yer alan xəbərə görə, müqavilənin imzalanması üçün təşkil edilən qeyd etmələr çərçivəsində üç ölkənin bayraq rəngləri ölkənin müxtəlif bölgələrindəki görkəmli yerlərə və göydələnlərə əks olunub.

Bildirilib ki, bu əyani tamaşa Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında köklü tarixi əlaqələri və möhkəm münasibətləri simvolizə edir və üç ölkənin ümumi strateji maraqlarını və sıx müdafiə əməkdaşlığını vurğulayır.

Prezident Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman və Pakistanın baş naziri Şahbaz Şərif dünən Məkkədə ölkələri arasında “Birgə Müdafiə Sazişi”ni imzalayıblar.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600