Hadisə

Səhvən kömək edən sürücünü bıçaqladı

16 Dekabr 2024, 10:1312
Reklam728x90
Reklam320x100

Xəbər verdiyimiz kimi, Biləsuvar-Bəhrəmtəpə magistralının Nəsimikənd kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan “DAF” markalı yük avtomobili ilə “VAZ-21011” markalı minik maşını toqquşub, nəticədə birinci idarəetməni itirərək aşıb. Hadisə nəticəsində Əfqan və Nadir Qarayev qardaşları Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həmin vaxt isə daha bir insident yaşanıb.

Belə ki, yoldan keçən digər nəqliyyat vasitəsinin sürücüsü dərəyə düşən yük maşının sürücüsünə kömək etmək məqsədilə hadisə yerinə enib.

Həmin vaxt hadisə yerinə gələn yaralı qardaşların 3-cüsü həmin sürücünü qəza törədən yük maşının sahibi ilə səhv salaraq ona bıçaqla hücum edib. Qolundan bıçaq yarası alan sürücü də xəstəxanaya yerləşdirilib.

Avropa .info xəbər verir ki, dekabrın 15-də saat 18 radələrində Biləsuvar rayonunun Nəsimi kəndi ərazisində A.Şammədliyə kəsilmiş-deşilmiş xəsarətlər yetirməkdə şübhəli bilinən Zəfər Qarayev polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, insidentlə bağlı araşdırma aparılır.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600