Hadisə

Şəhid Zaman Məmmədlinin ata-anası qəzada yaralandı – Fotolar

13 Noyabr 2026, 12:54100
Reklam728x90
Reklam320x100

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yol qəzası baş verib.

Avropa.info APA-ya istinadən xəbər verir ki, hadisə Çeşməbasar kəndi ərazisində qeydə alınıb.

“KamAZ” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.

Xəsarət alanlar – 1970-ci il təvəllüdlü Habil Məmmədli və 1973-cü il təvəllüdlü Raziyə Məmmədova Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə zamanı qaz infrastrukturuna da ziyan dəyib.

Qeyd edək ki, xəsarət alanlar şəhid Zaman Məmmədlinin valideynləridir.

Hadisə yerinə polis əməkdaşları və Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

 



Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600