Dünya

Rusiya miqrant reydi: özbək və qırğızlar saxlanıldı

29 Oktyabr 2024, 10:346
Reklam728x90
Reklam320x100

Rusiyanın Krasnoyarsk diyarında İstintaq Komitəsi və Hərbi Komissarlığın əməkdaşları miqrantlara qarşı reydlər keçiriblər.

Avropa.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, reydlər zamanı Özbəkistan, Qırğızıstan və Tacikistandan olan 229 miqrant saxlanılıb.

Bildirilib ki, təhlükəsizlik qüvvələri iri supermarketlər şəbəkəsinin paylama mərkəzini, taxta emalı bazasını və istehsal və logistika kompleksini yoxlayıb.

Rusiya daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoyun sözlərinə görə, hazırda Rusiyada xarici vətəndaşlığı olan 6,174 milyon insan var. Rusiyada yaşayan vətəndaşların sayına görə ilk onluğa Özbəkistan, Tacikistan, Qırğızıstan, Belarus, Ukrayna, Ermənistan, Azərbaycan, Qazaxıstan, Çin və Türkmənistan daxildir

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600