Dünya

Rusiya Əsədə belə xilas etdi

9 Dekabr 2024, 08:4546
Reklam728x90
Reklam320x100

Rusiya Bəşər Əsədin olduğu İl-76 təyyarəsinin qəzaya uğraması ilə bağlı dezinformasiyanı onu və onunla əlaqəli məhdud dairəni xilas etmək əməliyyatını uğurla başa vurmaq üçün istifadə edib.

Avropa.info xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatında deyilir.

Qeyd olunur ki, Suriyadakı Rusiya kontingenti ilə bağlı vəziyyət ağırdır, çünki rus qrupunun qalıqları dəniz və səma nəqliyyatı vasitələrilə qaçmağa davam edir:

“İlk qaçanlar Rusiya ordusunun “böyükləri” oldu. Xüsusilə, general Sergey Kiselin ardınca Suriyadakı Rusiya qoşunları qrupunun yeni təyin olunmuş komandanı general Aleksandr Çayko Yaxın Şərq ölkəsinin ərazisini tərk edib. O, bir həftə komandanlıq edib. Silahlarının, texnikasının və şəxsi heyətinin qalıqlarını çıxarmaq üçün ruslar əlavə gəmiləri, xüsusən də Baltik donanmasını cəlb edir”.

Qeyd edək ki, Bəşər Əsədin olduğu İl-76 yük təyyarəsinin radarlardan itməsi səbəbindən qəzaya uğradığı və Əsədin öldüyü ehtimalı yayılmışdı.

Daha sonra onun ailə üzvləri ilə birgə Moskvaya sığındığı açıqlandı

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600