Kriminal

Rusiya axtarışda olan iki vətəndaş Azərbaycana təhvil verib

29 Noyabr 2024, 17:2216
Reklam728x90
Reklam320x100

Azərbaycan vətəndaşları Famil Allahverdi oğlu Əskərov və Zamin Nurəddin oğlu Abdullayevin ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiyanın Baş Prokurorluğu tərəfindən təmin edilib.

Bu barədə Avropa.info-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Famil Əskərovun külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq və Zamin Abdullayevin mütəşəkkil dəstə tərəfindən xeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluq cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər.

Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq 28.11.2024-cü il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600