Mədəniyyət

Respublika Gənclər Kitabxanasında Xalq artisti Rəşid Behbudovun xatirəsi anılıb

15 Dekabr 2025, 11:1033
Reklam728x90
Reklam320x100

 

Bu il Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı, korifey sənətkarımız Rəşid Bebudovun anadan olmasının 110 illik yubileyi tamam olur.

Avropa.info xəbər verir ki, bununla əlaqədar olaraq Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında sənətkarın həyat və yaradıcılığından bəhs edən “Bir ömürlük alqış” adlı videomaterial hazırlanıb. Videomaterialda  Rəşid Behbudovun mənalı ömür yolundan, Azərbaycan mədəniyyəti, incəsənəti, musiqisinə verdiyi əvəzsiz töhfələrdən bəhs olunur. Materialda Rəşid Behbudovun ifaçılığında xalq yaradıcılığını, vokal sənətini, estrada janrını böyük məharətlə uyğunlaşdırdığı, bir sıra ölkələrdə geniş konsert proqramları ilə Azərbaycan xalq mahnılarının və bəstəkar əsərlərinin tanınmasında əvəzsiz xidmətlərinin olması qeyd edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda Xalq artisti Rəşid Behbudovun səs yazıları, ifaları səsləndirilir, ona dünya şöhrəti qazandıran “Arşın mal alan” filmindən fraqmentlər sərgilənir.
Xalq artisti Rəşid Behbudovun 110 illik yubileyi münasibətilə hazırlanan “Bir ömürlük alqış” adlı videomaterial kitabxananın rəsmi saytında https://www.ryl.az/multimedia/bir-omurluk-alqis yerləşdirilib.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600