Mədəniyyət

Respublika Gənclər Kitabxanasında siyasi və dövlət xadimi Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elektron məlumat bazası hazırlanıb

25 Noyabr 2025, 13:5130
Reklam728x90
Reklam320x100

 

2025-ci ildə Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri və ilk Baş naziri Fətəli xan Xoyskinin 150 illiyi tamam olur.

Avropa.info xəbər verir ki, Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən “İstiqlaliyyət fədaisi Fətəli xan Xoyski – 150” adlı elektron məlumat bazası hazırlanıb.


Elektron bazanın “Rəsmi sənədlər” bölməsində Fətəli Xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının tam mətni təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin “Dövlətçiliyimizin və demokratiyamızın ilk müəllimi” adlı məqaləsinin tam mətni ilə yanaşı, “Fətəli xan Xoyskinin Cümhuriyyət dönəmində ictimai-siyasi fəaliyyəti”, “Azərbaycan Xalq Cümhuriyyəti – 100. Fətəli Xan Xoyski” başlıqları altında görkəmli ictimai xadimin çətin, keşməkeşli, lakin şərəfli, mübarizələrlə zəngin ömür yolu, ictimai-siyasi fəaliyyəti haqqında geniş məlumat verilir. Elektron bazada Fətəli xan Xoyskiyə həsr edilən kitab və məqalələrin siyahısı, xatirəsinin əbədiləşdirilməsi haqqında məlumat, “Virtual sərgi”,”Foto və videoqalereya” kimi bölmələr də təqdim edilir.
“İstiqlaliyyət fədaisi Fətəli xan Xoyski – 150” adlı elektron məlumat bazası kitabxananın rəsmi saytında https://ryl.az/melumat-bazalari/Feteli_xan_Xoyski_el_melumat_bazasi/index.html yerləşdirilib

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600