Qırğızıstan prezidenti Sadır Japarov 2027-ci il prezident seçkilərində namizədliyini irəli sürmək niyyətindədir.
Avrop.info xəbər verir ki, bu barədə o, yerli mediaya bildirib.
“Daha bir müddətə namizədliyini irəli sürmək və işləməyə davam etmək niyyətindəyəm”, – dövlət başçısı deyib.
Japarov qeyd edib ki, seçkilərdə iştirak etmək istəyən hər kəs namizədliyini irəli sürə bilər: “Biz heç kimi məhdudlaşdırmayacağıq”.
Sadır Japarov 2021-ci il yanvarın 28-dən Qırğızıstan prezidentidir. Ölkə Konstitusiyasına görə, bir namizəd iki dəfə seçilə bilər. Qırğızıstanda növbəti prezident seçkiləri 2027-ci il yanvarın 27-də keçiriləcək.






























