Hadisə

Qaradağda ağır yol-nəqliyyat hadisəsi -ölən var

17 Dekabr 2024, 12:4619
Reklam728x90
Reklam320x100

Bakıda yük və minik avtomobilləri toqquşub.

Avropa.info xəbər verir ki, Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində, Lökbatan-Xocasən avtomobil yolunun 2.5-ci kilometrliyində Rəhim Bəxtiyar oğlu Nuriyevin idarə etdiyi “Tofaş” markalı avtomobillə Umud Rafiq oğlu İbrahimovun idarə etdiyi “MAZ 543302-2120” markalı yük avtomobili toqquşub.

Nəticədə “Tofaş” markalı avtomobildə sərnişin, 1991-ci il təvəllüdlü Sadiq Azər oğlu Həsənov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qaradağ Rayon Polis İdarəsinin İstintaq şöbəsində fakta görə cinayət işi başlanılıb.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600