Gündəm

“Qara qutu”nun oxunması hər üç ölkənin nümayəndəsinin nəzarəti altında həyata keçiriləcək”-BHQ

31 Dekabr 2024, 09:3711
Reklam728x90
Reklam320x100

Qazaxıstanda qəzaya uğrayan Azərbaycan Hava Yollarına məxsus təyyarənin “qara qutu”larının deşifrə edilməsində iştirak etmək üçün Rusiya, Qazaxıstan və Azərbaycandan olan mütəxəssislər Braziliyaya yollanacaqlar.

Avropa . info xəbər verir ki, bu barədə Braziliyanın Hərbi Hava Qüvvələri məlumat yayıb.

Qeyd olunub ki, “qara qutu”nun oxunması hər üç ölkənin nümayəndəsinin nəzarəti altında həyata keçiriləcək.

“Qara qutu”lar Braziliyaya dekabrın 31-də yetişəcək. İşlər başa çatdıqdan sonra çıxarılan məlumatlar beynəlxalq qəza araşdırması protokollarına uyğun olaraq bu hadisənin araşdırılmasına cavabdeh olan Qazaxıstanın Hava Qəzalarının Təhqiqat Departamentinə veriləcək”, – deyə Braziliya Hərbi Hava Qüvvələrinin məlumatında bildirilib

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600