Manşet

Qəzada sağ qalanların 14 nəfəri Azərbaycan vətəndaşıdir

25 Dekabr 2024, 14:0314
Reklam728x90
Reklam320x100

AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması zamanı sağ qalanların 14-ü Azərbaycan vətəndaşıdır.

Avropa .info TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Qazaxıstanın Səhiyyə Nazirliyi açıqlayıb.

Həmçinin bildirilib ki, sağ qalanların 10-u Rusiya, 2-si Qırğızıstan vətəndaşıdırlar. Daha 3 nəfərin vətəndaşlığı hələ müəyyən edilməyib.

Qeyd edək ki, AZAL təyyarənin göyərtəsində 62 sərnişin olduğunu açıqlayıb. İlkin məlumata görə, onlardan 37 nəfər Azərbaycan vətəndaşı, 16-sı Rusiya vətəndaşı, 6-sı Qazaxıstan vətəndaşı, 3-ü isə Qırğızıstan vətəndaşıdır

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600