23 - 09 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Dünya

Putinin İlham Əliyevə üzrxahlıq zəngindən sonra iki məsələ müzakirə mövzusuna çevrilib

Dekabr 29, 2024
Dünya
A A

Putinin təyyarənin vurulmasına görə Əliyevə üzrxahlıq zəngindən sonra iki məsələ müzakirə mövzusuna çevrilib:

1. Rusiya təyyarənin vurulmasına görə məsuliyyəti üzərinə götürmədi;

2. Günahkarların cəzalandırılması və kompensasiya məsələsi gündəmdə deyil.

Və bu kontekstdə Putinin üzrxahlığı ictimai rəydə birmənalı qarşılanmır.

Əslində Rusiya nəinki məsuliyyəti üzərinə götürmək və digər məsələlərdə, ümumiyyətlə üzrxahlıqda da maraqlı deyildi. Sadəcə olaraq, fakt qarşısında qaldı və bunda iki məqam xüsusilə rol oynadı: rəsmi Bakının məsələnin üzərinə getməsi və Rusiya üçün Azərbaycanla münasibətlərin mənfi məcraya yönəlməsinin ziyanlı perspektivləri.

Mövcud situasiyada Rusiyanın məsuliyyəti üzərinə götürməməsinə texniki aspektdən yanaşmaq olar. Çünki təyyarənin vurulması ilə bağlı istintaq gedir və Moskva yekun nəticə olmadan məsuliyyəti üzərinə götürmək niyyətində deyil. Nəticənin müəyyən qədər də olsa öz maraqlarına uyğunlaşdırmağa, xüsusilə Qroznıya PUA hücumu edən Ukraynanın ittiham altında qoyulmasına cəhd edəcəkləri də istisna edilməməlidir.

– Putinin Əliyevə zəngi ilə bağlı Kremlin rəsmi məlumatındakı “Təyyarə dəfələrlə Qroznıya enməyə cəhd edib, lakin Çeçenistan paytaxtı, eləcə də Mozdok və Vladiqafqaz şəhərləri PUA hücumuna məruz qalıb, Rusiya hava hücumundan müdafiə sistemləri hücumları dəf edib” qeydi,

– Putinin Əliyevdən sonra Tokayevə zəngi və “araşdırmanın şəffaf və obyektiv aparılmasına dair razılıq əldə olunması” Moskvanın Kiyevi günahkar göstərmək, yaxud yekunda ən azı məsuliyyəti bölüşdürmək niyyətindən xəbər verir.

Lakin artıq təyyarənin “duman”, yaxud digər uydurma səbəblərə görə qəzaya uğraması iddiasından əl çəkən Rusiya vurulma faktı ilə razılaşır. Putinin “sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması” qeydi də bunun etirafıdır. Bu baxımdan, “hadisənin Rusiya səmasında baş verdiyi üçün üzr istəyən” Putin məsuliyyəti qəbul edir, hərçənd, Ukraynanı da günahlandıra bilmək ümidi ilə istintaqın yekununu gözləyir.

Günahkarların cəzalandırılması məsələsində də müəyyən addımların atıldığını demək mümkündür.

1. Rusiyada Cinayət Məcəlləsinin 263-cü (hərəkətin təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarının pozulması) maddəsi ilə cinayət işi açılıb;

2. Çeçenistana gedən Azərbaycan Baş Prokurorluğunun əməkdaşları rusiyalı prokurorlarla birlikdə istintaqda iştirak edir.

Kompensasiya məsələsi isə bütün prosesin yekununda – istintaqın nəticəsindən sonra aktuallaşacaq.

Təbii ki, Rusiya bunların heç birində maraqlı deyil, lakin istəməsələr belə, üzrxahlıq etməyə məcbur oldularsa, günahkarların cəzalandırılması, kompensasiyanın ödənilməsini də qəbul edəcəklər.

Bakı istintaqın gedişini nəzarətdə saxlayır

Əvvəlki Yazı

Pilotun nəşi ailəsinə təhvil verildi

Növbəti Yazı

Cənubi Koreyada təyyarə qəzasi 181 həlak olub-Video

XƏBƏR LENTİ

Tramp Rusiyanın maliyyə naziri Siluanovun ABŞ-a səfərini şərh edib

Tramp ABŞ rəsmilərinin İran nümayəndə heyəti ilə görüşdüyünü açıqlayıb

22 Sentyabr 2026 / 23:32
4
Litvanın baş naziri bəyan edib ki, Rusiya onun ölkəsinə hücum edərsə, cavab verəcəklər

Litvanın baş naziri bəyan edib ki, Rusiya onun ölkəsinə hücum edərsə, cavab verəcəklər

22 Sentyabr 2026 / 16:58
10
 İsrailin Qəzzada həyata keçirdiyi hücumda biri uşaq olmaqla 2 nəfər həyatını itirib

BMT: Yəməndə 130 mindən çox insan didərgin düşüb

22 Sentyabr 2026 / 16:46
19
Netanyahu onu “müharibə cinayətkarı” adlandıran Mamdanini hədələyib

Netanyahu onu “müharibə cinayətkarı” adlandıran Mamdanini hədələyib

22 Sentyabr 2026 / 16:42
12
Bu Metro stansiyalarina giriş müvəqqəti pulsuz olacaq

Bu Metro stansiyalarina giriş müvəqqəti pulsuz olacaq

22 Sentyabr 2026 / 16:36
9
Prezident İlham Əliyev Qazaxıstana Prezidenti Tokayevlə görüşdü – Fotolar

Prezident İlham Əliyevdən forum iştirakçılarına – Müraciət

22 Sentyabr 2026 / 14:06
12
Atəşkəsə baxmayaraq, İsrailin hücumları davam edir

Atəşkəsə baxmayaraq, İsrailin hücumları davam edir

22 Sentyabr 2026 / 13:58
5
Məhəmməd Əsədullazadə:“Türkiyə Ordusu Qüdsə Daxil Olacaq”

Məhəmməd Əsədullazadə:“İran müəyyən mənada ABŞ-dən qarşılıqlı təmkin və gərginliyin azaldılmasını istəyir”

22 Sentyabr 2026 / 13:46
63
Pakistan: Biz ABŞ və İranın danışıqlar masasına qayıtmasında israr edirik

ABŞ-ın Tehranı neft qiymətləri ilə bağlı ittihamına İrandan “müharibəyə siz başladınız” cavabı

22 Sentyabr 2026 / 12:51
5
Razı Nurullayev:“Sülhün davamlı olması üçün cəmiyyətlərin, siyasi qüvvələrin və müxtəlif ictimai institutların da bu prosesə müsbət yanaşması vacibdir”

Razi Nurullayev:”Azərbaycan da artıq özünü inkişaf etmiş ölkələr sırasında gördüyünə görə bu müqayisəni aparırıq”

22 Sentyabr 2026 / 12:07
87
İsmayıllıda 5 yaşlı uşaq hovuzda üzərkən öldü

Dənizdə batan iki gəncin meyitləri tapildi

22 Sentyabr 2026 / 11:01
14
İran rəsmisi müharibə zamanı ələ keçirilən ABŞ və İsrail gəmilərinin “satılacağını” açıqlayıb

İran rəsmisi müharibə zamanı ələ keçirilən ABŞ və İsrail gəmilərinin “satılacağını” açıqlayıb

22 Sentyabr 2026 / 10:52
13
“Strana”: Ukrayna Rusiyanın heç bir ballistik raketini vurmayıb

“Strana”: Ukrayna Rusiyanın heç bir ballistik raketini vurmayıb

22 Sentyabr 2026 / 10:10
16
Bakıda bağlı qapı arxasında qalan 2 azyaşlı  xilas edildi – Video

Bakıda bağlı qapı arxasında qalan 2 azyaşlı xilas edildi – Video

22 Sentyabr 2026 / 10:01
6
RİA: Polşa hakimiyyəti Ukraynadakı münaqişədə neçə vətəndaşın iştirak etdiyini bilmir

RİA: Polşa hakimiyyəti Ukraynadakı münaqişədə neçə vətəndaşın iştirak etdiyini bilmir

22 Sentyabr 2026 / 9:51
2
Ərdoğan BMT-ni Təhlükəsizlik Şurasında veto hüququnu və daimi üzvlüyünü ləğv etməyə çağırıb

Ərdoğan BMT-ni Təhlükəsizlik Şurasında veto hüququnu və daimi üzvlüyünü ləğv etməyə çağırıb

22 Sentyabr 2026 / 9:44
6
CNN, Politico və MS NOW-dan iddia: Ağ Evin qadağanı məhkəməyə verilir

Ağ Ev öz “Trump TV” kanalını açır

22 Sentyabr 2026 / 9:38
7
Kanadada məktəbə hücumla bağlı OpenAI-a qarşı iddia

Kanadada məktəbə hücumla bağlı OpenAI-a qarşı iddia

22 Sentyabr 2026 / 9:35
14
Bakıda 3-cu kurs tələbəsi burun əməliyyatı zamanı ölüb

Bakıda 3-cu kurs tələbəsi burun əməliyyatı zamanı ölüb

22 Sentyabr 2026 / 9:28
10
TASS: Ukrayna Silahlı Qüvvələri kolumbiyalı muzdlulardan ibarət qrupları Xarkova köçürür

TASS: Ukrayna Silahlı Qüvvələri kolumbiyalı muzdlulardan ibarət qrupları Xarkova köçürür

22 Sentyabr 2026 / 9:19
7
Makron: Fransa və ABŞ Hörmüzdə naviqasiya azadlığı üzərində işləmək barədə razılığa gəliblər

Makron: Fransa və ABŞ Hörmüzdə naviqasiya azadlığı üzərində işləmək barədə razılığa gəliblər

22 Sentyabr 2026 / 9:12
24
Bloomberg: Binance, ABŞ-ın İrana qarşı sanksiyalarını mümkün pozmalarına görə araşdırılır

Bloomberg: Binance, ABŞ-ın İrana qarşı sanksiyalarını mümkün pozmalarına görə araşdırılır

22 Sentyabr 2026 / 8:37
17
Rusiya Xarici İşlər Nazirliyi Ermənistan vətəndaşlarına müraciət edib: riskləri anlamaq vacibdir

Rusiya Xarici İşlər Nazirliyi Ermənistan vətəndaşlarına müraciət edib: riskləri anlamaq vacibdir

22 Sentyabr 2026 / 8:23
12
Zelenski: Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoyulmalıdır

Prozorov: Zelenski münaqişəni davam etdirmək üçün bütün sosial xərcləri kəsəcək

22 Sentyabr 2026 / 8:17
11
ABŞ senatoru Coons, Türkiyə-Amerika əlaqələrinin gələcəyinə vurğu etdi

ABŞ senatoru Coons, Türkiyə-Amerika əlaqələrinin gələcəyinə vurğu etdi

22 Sentyabr 2026 / 8:09
23
Maşdagada fərdi evdə güclü partlayış baş verib-Video

Maşdagada fərdi evdə güclü partlayış baş verib-Video

22 Sentyabr 2026 / 8:00
13
ABŞ və İtaliyadan kritik minerallar sahəsində anlaşma memorandumu

ABŞ və İtaliyadan kritik minerallar sahəsində anlaşma memorandumu

22 Sentyabr 2026 / 7:56
10
Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı

Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı

22 Sentyabr 2026 / 7:49
5
Növbəti köç karvanları Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla yola düşdü -Fotolar

Növbəti köç karvanları Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla yola düşdü -Fotolar

22 Sentyabr 2026 / 7:36
10
Sikorski Trampı Ukrayna münaqişəsi ilə bağlı sülh mükafatına namizəd göstərmək istəyir

Sikorski Trampı Ukrayna münaqişəsi ilə bağlı sülh mükafatına namizəd göstərmək istəyir

22 Sentyabr 2026 / 1:23
7
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.