Manşet

Prezident İlham Əliyev bir sıra şəxslarə fəxri ad və mənzil verdi

25 Dekabr 2024, 09:1510
Reklam728x90
Reklam320x100

Ötən gün ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.

Avropa . info xəbər verir ki, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Tədbirdə dövlət başçısı ölkəmizdə idmanın inkişafında xidmətlərinə görə Natiq Bağırova, Rauf Bunyatəliyevə, Cavanşir Qurbanova və Sadıq Sadıqova Prezidentin fəxri fərmanlarını təqdim edib.

Bundan başqa, Azərbaycanda idmanın inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə Nəriman Abdullayev və Rövşən Umudov “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adları ilə təltif olunublar.

Prezident İlham Əliyev ölkəmizdə idmanın inkişafında xidmətlərinə görə Zərqələm Abbasovaya, İqrar Cəfərova, Fərhad Əliyevə, Musa Mamedova, Nəsimi Musayevə, Aydın Məmmədova, Rəşad Rəsulluya, Tahir Tahirova və Vüqar Verdiyevə “Tərəqqi” medallarını təqdim edib.

Dövlət başçısı 2024-cü ildə yüksək nailiyyətlər qazanmış bir qrup idmançıya və idman mütəxəssisinə – Anna Skidan, Vüqar Əzimov, Aynur Rzayeva, Sərxan Əliyev, Hidayət Heydərov, Zelim Kotsoyev, Vladimir Şulikin, Əliabbas Rzazadə, Rövşən Hacıyev, Rəna Həsənova, Könül Mikayılova, Qaşım Maqomedov, Sabir Həsənov, Vadim Kutukov, Anar Süleymanov, Elgiz Əlizadə, Şahin Xudaverdiyev, Ceyhun Hüseynov, Anar Məmmədov, İmaməddin Xəlilov və Ərkan Sağdıça yeni mənzillərin orderlərini təqdim edib

 

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600