Kriminal

Polis Yaxta kirayəsi adı ilə vətəndaşları aldadan şəxsləri saxlayıb

17 Dekabr 2024, 13:1011
Reklam728x90
Reklam320x100

 

Avropa.info DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, sosial şəbəkələrdə “rent.yaxta”, “yaxtaların icarəsi” və digər adlar altında saxta elanlar yerləşdirməklə vətəndaşlara qarşı kütləvi dələduzluq edənlər müəyyən edilib.

Polisin keçirdiyi tədbirlərlə 23 yaşlı Nihat Azadov və tanışı 23 yaşlı Şamama Mahmudova saxlanılıblar. Onlar ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pulu hissə-hissə onlayn yolla ilkin ödəniş formasında aldıqdan sonra həmin adamları bloklayıblar.

Hər iki şəxsin əməlləri ilə bağlı Nəsimi RPİ 22-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir.

N.Azadov və Ş.Mahmudovanın qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər.

Vətəndaşlara bir daha tövsiyə edilir ki, sosial şəbəkələrdə kirayə, alqı-satqı, xidmət, yaxud digər adlar altında fəaliyyət göstərən profil, səhifələrin təklifləri üzrə onlayn ödənişlərdən çəkinsinlər.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600