Dünya

“Ona görə də indi səfərbərlikdən danışmağa ehtiyac yoxdur”-Peskov

23 Noyabr 2024, 11:5913
Reklam728x90
Reklam320x100

Rusiyada səfərbərlikdən söhbət getmir.

Avropa . info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov bildirib ki, hər gün yüzlərlə rusiyalı ərizə yazaraq xidmətə gedirlər.

“Vətəndaşlarımız çox fəal şəkildə Müdafiə Nazirliyi ilə müqavilələr bağlayır, müqavilə əsasında xidmətə gedirlər… Belə insanlar çoxdur”, – deyə o bildirib.

Rusiya liderinin mətbuat katibinin sözlərinə görə, müqaviləli əsgərlər əvvəlcə təlim kurslarından keçir və diqqətlə hazırlanır.

“Ona görə də indi səfərbərlikdən danışmağa ehtiyac yoxdur”, – Peskov əlavə edib

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600