NASA yayımında Krımı Rusiyanın tərkibində göstərib

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) canlı yayım zamanı nümayiş etdirdiyi xəritədə Krımı Rusiyanın tərkibində göstərib.

Avropa.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, Günəş tutulmasına həsr olunan yayım zamanı dünya xəritəsinin bir hissəsi ekranda nümayiş etdirilib. Xəritədə Krım yarımadası Ukraynadan dövlət sərhədlərini göstərmək üçün istifadə olunan xəttlə ayrılıb və Rusiya ərazisi kimi təqdim edilib.

Bununla yanaşı, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətləri xəritədə Ukraynanın tərkibində göstərilib.

XƏBƏR LENTİ