Dünya

Monteneqroda barda atışma-12 ölü

2 Yanvar 2025, 13:416
Reklam728x90
Reklam320x100

Monteneqronun keçmiş paytaxtı Cetinye şəhərində yerləşən barda naməlum şəxs ətrafı gülləbaran edib.

Avropa . info xarici mediaya istinadən xəbər verir ki, ardıcıl açılan atəş nəticəsində 12 nəfər ölüb. Onlardan ikisi azyaşlıdır.

İlkin araşdırmalardan sonra qətliamda şübhəli bilinən şəxsin keçmişdə qanunsuz silah saxlamağa görə saxlanılan 45 yaşlı Atso Martinoviç olması müəyyənləşib. Hadisədən sonra o özünü də güllələyib.

Məlum olub ki, A.Martinoviç barda mübahisə etdikdən sonra evinə gedərək silah götürüb. O, geri qayıdaraq bar sahibini və həmin şəxsin ailə üzvlərini güllələyib. Həmçinin küçədə digər şəxslərə də atə açıb.

 

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600