Kriminal

Masazır qəsəbəsində bıçaqlanan şəxs xəstəxanada öldü

13 Avqust 2026, 09:2524
Reklam728x90
Reklam320x100

Avqustun 12-də saat 22 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 1993-cü il təvəllüdlü Sahil Nuriyevin kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Avropa.info xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlə həmin cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Hüseyn Vəliyev saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır.

İddialara görə, qətlə yetirilən 33 yaşlı Sahil Nuriyevin qardaşı tatu ustasıdır. Mərhumun qardaşı şəxsiyyəti hələ məlum olmayan bir nəfərə tatu vurub. Lakin xidmətin ödənişi ilə bağlı tərəflər arasında mübahisə yaranıb.

Sonradan mübahisəyə qoşulan Sahil Nuriyev tanımadığı şəxs tərəfindən kürəyindən bıçaqlanıb və ağır vəziyyətdə Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600