Hadisə

Masallıda qətl hadisəsi baş verib

26 Noyabr 2024, 09:1825
Reklam728x90
Reklam320x100

Gecə saatlarında Masallıda qətl törədilib.

Avropa .info rayon prokurorluğuna istinadən xəbər verir ki, saat 01 radələrində Masallı şəhərindəki evlərdən birində 1984-cü il təvəllüdlü Siruz Mehdiyevin ölməsi barədə məlumat daxil olub.

Araşdırmalarla 2000-ci il təvəllüdlü İsrafil Cavadovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Siruz Mehdiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib

Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İsrafil Cavadov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600