Dünya

Məhəmməd Bağet Zülqədr: “ABŞ dəniz blokadasını ləğv etməli və qoşunları İran ətrafından çıxarmalidir”

9 Avqust 2026, 09:5910
Reklam728x90
Reklam320x100

İran bəyan edib ki, Omanla Hörmüz boğazına nəzarət barədə razılaşma başa çatmaq üzrədir, lakin bu razılaşma boğazı açmaq üçün kifayət etməyəcək.

Avropa.info Reuters və The New York Times-a istinadən xəbər verir ki, Tehran boğazın açılması üçün ABŞ-a bir sıra yeni tələblər irəli sürüb. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Bağet Zülqədr bildirib ki, ABŞ dəniz blokadasını ləğv etməli və qoşunları İran ətrafından çıxarmalı, müharibə təzminatını ödəməli, İran aktivlərinin dondurulmasını ləğv etməli və İranın regional müttəfiqlərinə hücumları və Tehrana qarşı təhdidləri dayandırmalıdır.

NYT yazır ki, Zülqədrin tələblər siyahısı Omanla bağlanan müqavilənin tezliklə Hörmüz boğazından ticarətin bərpasına və qlobal enerji qiymətlərinin aşağı düşməsinə imkan verəcəyinə dair gözləntiləri alt-üst edib.
Bu, noyabr ayında keçiriləcək ara seçkilərdən əvvəl respublikaçılar üçün vacib olan istehlak qiymətlərini aşağı salmaq istəyən ABŞ prezidenti Donald Trampa İranın şərtlərini nəzərdən keçirməsi üçün təzyiq yaradacaq.

Bundan əlavə, SEPAH sözçüsü Hüseyn Mohebbi də Hörmüz boğazının açılmasının “İran-Oman danışıqlarından asılı olmadığını” bildirmişdi.
Xatırladaq ki, bir gün əvvəl ABŞ Senatı hökumətin müvəqqəti maliyyələşdirməsini nəzərdə tutan layihəni təsdiqləsə də Trampın İranla müharibə üçün hərbi xərclərə təxminən 70 milyard dollar ayırmaq tələbini rədd edib.

Həmçinin, medianın məlumatına görə, Tramp İranla müharibə fonunda ABŞ-ın raket çatışmazlığı ilə bağlı Pentaqon katibi Pit Heqsetlə toqquşub.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600