Belarus liderinin sözlərinə görə, ruslar ölkədə “torpaq sahələri, boş evlər alır, onları təmir edir, qaydasına salırlar”.
Belarus prezidenti Aleksandr Lukaşenko ölkə sakinlərini ruslar almamışdan əvvəl kiçik qəsəbələrdəki boş evləri və torpaq sahələrini aktiv şəkildə almağa çağırıb.
Avropa.info xəbər verir ki, bu barədə cümə günü, avqustun 8-də BelTA agentliyi məlumat yayıb.
“Məlum oldu ki, ruslar qocanın sözünü eşidiblər: bu torpaq sahələrini alırlar. Boş daxmalar alır, təmir edir, qaydasına salır, hardasa sökürlər. Amma belaruslar məni eşitmir”, – deyə dövlət başçısı gileylənib.
Kənd sakinlərinin geniş çeşiddə mallarla təmin olunması məsələlərinə həsr olunmuş görüşdə Lukaşenko ölkədə möhkəm kənd yaşayış məntəqələrinin, iri kəndlərin və kənd təsərrüfatı şəhərlərinin inkişaf etdiyinə diqqət çəkib. Onlar təmir edir, yeni yollar salırlar, ticarət xidmətlərinə tələblər durmadan artır. Siyasətçi belə qəsəbələrin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib






























