Hadisə

Kürdəmirdə ağır qəza: Ölən və yaralanan var

28 Dekabr 2024, 09:0014
Reklam728x90
Reklam320x100

Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

Avropa.info Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Ford” markalı mikroavtobus Bakı istiqamətində hərəkətdə olan VAZ-2107 markalı avtomobilə arxadan çırpılıb.

Qəza nəticəsində VAZ-2107-nin sürücüsü, İmişli rayon sakini, 2003-cü il təvəllüdlü Samir Rauf oğlu Hüseynli hadisə yerindəcə ölüb. Onun sərnişini, qardaşı, 2009-cu il təvəllüdlü Eynulla Rauf oğlu Hüseynli isə müxtəlif dərəcəli ağır xəsarətlər alıb.

Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Fakt araşdırılır

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600