Dünya

İsrailin baş naziri İrana meydan oxudu

16 Dekabr 2024, 08:058
Reklam728x90
Reklam320x100

Suriya artıq o Suriya deyil; Livan artıq o Livan deyil, Qəzza artıq o Qəzza deyil və “oxlar”ın (“Müqavimət oxu” nəzərdə tutulur – red.) lideri İran da artıq o İran deyil.

Avropa.info xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampla telefon danışığı haqda danışarkən deyib.

Netanyahu Trampla danışığın “çox isti, çox dostcasına” keçdiyini və “İsrailin qələbəsinin tamamlanması baxımından” olduqca vacib məsələlərin müzakirə olunduğunu bildirib.

“Mən birmənalı olaraq Hizbullah və İrana deyirəm: Bizə zərər verməməyiniz üçün sizə qarşı lazım olduğu qədər, istənilən arenada, istənilən vaxt fəaliyyət göstərməyə davam edəcəyik”, – Baş nazir vurğulayıb

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600