İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilindəki Əl-Bire şəhərinə basqın zamanı biri uşaq olmaqla 2 fələstinlini yaralayıb.
Avropa.info xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA-da yer alan xəbərdə İsrail qüvvələrinin Əl-Bire şəhərindəki əl-Əmari Qaçqınlar Düşərgəsinə basqın təşkil etdiyi bildirilib.
İsrail qüvvələrinin fələstinlilərə atəş açdığı və biri uşaq olmaqla iki nəfərin yaralandığı bildirilib.
Xəbərdə Fələstin Qızıl Aypara qruplarının ilkin tibbi yardımdan sonra 2 yaralını xəstəxanaya apardığı bildirilib.
İsrail ordusunun Qəzza zolağına hücuma başladığı 2023-cü ilin oktyabrından bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı həbslər, basqınlar və hücumlarda artım müşahidə olunur.






























