İşğalçı İsrail ordusu atəşkəs və çərçivə razılaşmasına baxmayaraq, Livanın cənubundakı bölgələrə artilleriya hücumları həyata keçirib.
Avropa.info bildirir ki, Livanın rəsmi agentliyi NNA-nın xəbərinə görə, İsrail artilleriyası gecə yarısından səhər saatlarına qədər Əli Tahir təpəsini və Yuxarı Nəbatiyə qəsəbəsi ətrafındakı meşə sahələrini hədəf alıb.
Nəbatiyə şəhəri ilə Debşe təpəsinə baxan Kefer Rumman təpələri arasındakı bölgədə də İsrail ordusu tərəfindən artilleriya hücumları həyata keçirilib.
Livanda 1 milyon insan didərgin düşüb
İsrail ordusu martın 2-də Livana intensiv hava zərbələri endirib və ölkənin cənubunda bir çox şəhərləri işğal edib.
Livan hökuməti bu müddət ərzində ölkədə didərgin düşənlərin sayının 1 milyonu keçdiyini açıqlayıb. Livan və İsrail arasında aprelin 17-də qüvvəyə minən atəşkəs daha sonra bir neçə dəfə uzadılıb.
Livan Səhiyyə Nazirliyi son açıqlamasında İsrailin 2 martdan bu yana ölkəyə təşkil etdiyi hücumlarda 4 min 335 nəfərin həyatını itirdiyini bildirib.
Digər tərəfdən, İsrail və Livan arasında Vaşinqtonda keçirilən birbaşa danışıqların 5-ci turundan sonra iyunun 26-da Livan ilə İsrail arasında çərçivə sazişi imzalanıb.





























