İranın cənubunda Hörmüz boğazı səmasında təsbit edilən ABŞ-a məxsus MQ-9 tipli pilotsuz uçuş aparatının (PUA) vurulduğu bildirilib.
Avropa.info-nun məlumatına görə Fars Xəbər Agentliyinin xəbərində, İnqilab Keşikçiləri Ordusu Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə sistemi tərəfindən MQ-9 tipli PUA-nın aşkar edilərək vurulduğu bildirilib.
Hadisə ilə bağlı İran rəsmiləri tərəfindən hələlik rəsmi açıqlama verilməyib.






























